...“İnter” lider olsa da, sonda qızıl medal qazana bilməyəcək - ARAŞDIRMA
25.12.2009 - 11:54
Bakının “İnter” klubu tarixində 4-cü dəfə qış çempionu oldu. Apasport.az saytının hesablamalarına görə, 2004-cü ilin yayından bu adla çıxış edən paytaxt təmsilçisi cari mövsümlə yanaşı, 2004/05, 2005/06, 2008/09 mövsümlərində də qış fasiləsinə lider kimi yollanıb. Zirvəni son turda səfərdə “Qəbələ”ni yenməklə (1:0) ələ keçirən “bankirlər” (36 xal) ən yaxın izləyiciləri “Qarabağ”la “Xəzər-Lənkəran”ı 1 xal qabaqlayıb.
“İnter”in budəfəki qış çempionluğunun əvvəlkilərlə fərqi var. Məsələ ondadır ki, cari çempionat yeni reqlamentlə, yəni “qızıl xallar”ın nəzərə alındığı “altılıq” sistemi üzrə keçirildiyindən təqvimdə dəyişiklər edilib. Yəni, əvvəllər ilk dövrə bitən kimi qış fasiləsi yaranırdısa, bu dəfə belə olmadı və ilk dövrə noyabrın 22-də bitdi.
Maraqlıdır ki, həmin vaxt da “İnter” mübarizəni 1-ci pillədə başa vurmuşdu. Düzdür, “Qarabağ” və “Simurq”la xallar eyni (23) olsa da, şəxsi oyunlarda daha yaxşı göstəricilərə əsasən rəqiblərini üstələyirdi. İlk dövrə bitəndən dərhal sonra startı verilən ikinci dövrənin 5 turu da arxada qaldı. Cari mövsümdə “altılığ”a görə oyunların sayı çox olduğundan təqvim fərqlidir, qış fasiləsi isə qısa – 40 gün olacaq.
Sözsüz ki, əsas qış yox, mövsümün çempionu olmaqdır. Üstəlik, qış çempionu olmaq “İnter”i düşərli deyil. “Bankirlər” ilk iki mövsümdə ilk dövrəni lider kimi başa vursalar da, sonda heç mükafatçılar sırasına düşə bilməyiblər. Komanda 2004/05 və 2005/06 mövsümlərini müvafiq olaraq, 7-ci və 4-cü yerdə başa vurub. Növbəti mövsüm qış çempionu olan “Xəzər-Lənkəran” sonda mübarizəni 1-ci başa vurdu. “İnter” isə ardıcıl ikinci çempionatını 4-cü pillədə tamamladı. 2007/08 mövsümündə “Olimpik” nəinki ilk dövrə, son tura kimi lider olsa da, “İnter” axırda zirvəni onun əlindən aldı. Nəhayət, ötən mövsüm də qış çempionu olan “bank təmsilçisi” sona kimi 1-ci pilləni “Bakı” ilə dəyişdi.
Ancaq “İnter” sonda çempionluğu həmşəhərlilərinə təhvil verməli oldu.
Göründüyü kimi, “İnter” ardıcıl 2-ci, tarixində isə 4-cü dəfə qış çempionudur. Komandanın bu dəfə marafonu hansı yerdə başa vuracağını zaman göstərəcək.
2004/05 mövsümü – qış çempionu “İnter” (baş məşqçi: Anatoli Konkov – Ukrayna)
“Neftçi” – mövsümün qalibi, “İnter” – 7-ci yer
2005/06 mövsümü – qış çempionu “İnter” (baş məşqçi: Anatoli Konkov – Ukrayna)
“Bakı” – mövsümün qalibi, “İnter” – 4-cü yer
2006/07 mövsümü – qış çempionu “Xəzər-Lənkəran” (baş məşqçi: Valentin Xodukin – Ukrayna)
Mövsümün qalibi – “Xəzər-Lənkəran”, “İnter” – 4-cü yer
2007/08 mövsümü – qış çempionu “Olimpik” (baş məşqçi: Valentin Xodukin – Ukrayna)
Mövsümün qalibi – “İnter”
2008/09 mövsümü – qış çempionu “İnter” (baş məşqçi: Valentin Xodukin – Ukrayna)
Mövsümün qalibi – “Bakı”, “İnter” – 2-ci yer
2009/10 mövsümü – qış çempionu “İnter” (baş məşqçi: Kaxaber Sxadadze – Gürcüstan)
Mövsümün qalibi - ????

0
0