Adamiya: Rəhbərlik mənə yeni müqavilə barədə heç nə deməyib
25.12.2009 - 12:44
“Komandadan gedəcəyimlə bağlı deyilənlər şayiədir. Şəxsən mənim belə fikrim yoxdur”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun gürcüstanlı hücumçusu Georgi Adamiya deyib.
“Bakı”nın ötən qış “Neftçi”dən transfer etdiyi 28 yaşlı legioner cari mövsümdə ümidləri doğrultmur. Belə ki, ölkə kubokunda meydana çıxmayan Georgi Unibank Premyer Liqasında keçirdiyi 16 oyunda qol hesabını aça bilməyib.
Az öncə vətəninə yollanan Adamiya apasport.az saytına açıqlamasında bildirib ki, ölkəmizi birdəfəlik tərk etmək niyyətində deyil: “Hazırda təyyarədə uçuşu gözləyirəm. Bu səbəbdən çox danışa bilməyəcəyəm. Yalnız onu deyə bilərəm ki, “Bakı” ilə müqaviləm bitsə də, bu komandada çıxışımı davam etdirmək istəyirəm. Mənə vidalaşdıqlarını deməyiblər. Dünən son oyunumuz oldu və Ağdamda “Qarabağ”la görüşdən sonra hamı istirahətə buraxıldı. Mən də vaxt itirmədən vətənimə istirahətə yollanıram. Yeni müqavilə ilə bağlı danışıqlar aparmamışıq. Çünki dediyim kimi, buna vaxt da olmayıb. Qoy hələ bir dincəlim, yəqin ki, sonra danışıqlar olacaq. Hər halda, mənimlə birdəfəlik yollarını ayırdıqlarını deməyiblər. “Bakı” yanvarın 3-də Türkiyədə hazırlığa başlayacaq. Həmin vaxt orda olmalıyam. Hər halda, ora biletim var”.
Qeyd edək ki, ölkəmizə 2005-ci ilin qışında gələn Adamiya “Neftçi”də oynadıqdan spnra sonra transferə çıxarıldı. İki dəfə Azərbaycan çempionu olan Georgi bunun birini “ağ-qaralar”da, digərini ötən mövsüm “Bakı”da qazanıb.

0
0