Azərbaycan çempionatının bombardiri İspaniyaya gedir
25.12.2009 - 12:50
Azərbaycan çempionatının bombardiri İspaniyaya gedir
Latviya milli komandası Cənubi Koreya ilə yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, Avropa təmsilçisi gələn ilin yayında CAR-da keçiriləcək dünya çempionatının final mərhələsinə hazırlaşan asiyalılarla İspaniyada üz-üzə gələcək. Qarşılaşma 2010-cu il yanvarın 22-də Malaqa şəhərində baş tutacaq.

Qeyd edək ki, Latviya yığmasının futbolçularından Andrey Rubin və Girts Karlsons Bakının “İnter” klubunda, Gennadi Solonitsinn isə “Simurq”da çıxış edir. Cari mövsüm Unibank Premyer Liqasında 7 qol vuran Karlson moldovalı Anatoli Doroşla birlikdə bombardirlər yarışında birinci pillədə qərarlaşıb.