Vaqif Cavadov: Hollandiyaya yox, Rusiya klubuna gedirəm!
25.12.2009 - 13:31
“Karyeramı harada davam etdirəcəyimə yeni ilin ilk günlərinədək aydınlıq gəlməlidir. Hazırda danışıqlar davam edir. Adını deməyəcəm, amma Rusiya klubudur”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun hücumçusu Vaqif Cavadov deyib.
Azərbaycan yığmasının da şərəfini qoruyan 20 yaşlı futbolçunun hansı xarici kluba keçəcəyi böyük müzakirə obyektinə çevrilib. Vaqifin adı yayda Avroliqada oynadığı Hollandiyanın “Tvente” klubu ətrafında daha çox hallansa da, o, bunu təsdiqləmir: “Hələlik “Tvente” variantı yoxdur. Amma Rusiya variantı realdır. Bu ölkənin Premyer Liqa klubları ilə danışıqlar gedir”.
Cavadov Rusiya yığması ilə oktyabrın 14-də Bakıdakı rəsmi oyunda (1:1) vurduğu qolla yadda qaldı. Ancaq hücumçunun sözlərinə görə, şimal qonşularımız hələ buna kimi onunla maraqlanırmış: “Rusların mənə marağı çoxdan var idi. Ancaq onların milli komandasına qarşı oyunumdan sonra məsələ konkretləşdi, daha da ciddiləşdi. Rusiyanın Premyer Liqa təmsilçisinə keçməyin realdır”.
Rusiyada I divizionda çıxış etmək istəyində olmayan Vaqif birbaşa müqavilə bağlamağa getmək fikrindədir. Hücumçu qonşu ölkəyə baxışa getməkdənsə, “Qarabağ”da çıxışını davam etdirməyi daha üstün tutur: “Milli komandanın futbolçusuyam. Necə ola bilər ki, baxışa gedim? Hətta ruslar bunu istəsə belə. Ola bilər ki, bunu təklif etsinlər. Ancaq biz tərəfdən bunun qəbul edilməsi mümkün deyil. Onsuz da ruslar oyunumu bir neçə dəfə görüblər”.
Qeyd edək ki, Vaqif 2007-ci ilin qışında “Qarabağ”a gələnə kimi Moskva MOİK-in əvəzedici komandasının üzvü olub. O, futbolda ilk addımlarını bu klubda atıb.

0
0