Fatih Təkkə seçimini etdi
25.12.2009 - 13:53
Fatih Təkkə seçimini etdi
Türkiyə milli komandasının sabiq futbolçusu Fatih Təkkə karyerasını Rusiyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Sankt-Peterburqun “Zenit” klubunun transferə çıxardığı 32 yaşlı hücumçu əvvəllər oynadığı “Trabzonspor”a qayıtmaq istəməyib. Buna ikiqat Rusiya çempionu “Rubin”in Fatihlə danışıqlar aparması səbəb olub. Türk həmkarlarımız Kazan təmsilçisi ilə futbolçunun artıq razılığa gəldiyini və keçidin 99 faiz həll olunduğunu yazıb.

Qeyd edək ki, Təkkə Gökdəniz Karadəniz və Hasan Kabzedən sonra “Rubin”in heyətində üçüncü türk oyunçu olacaq.