“Azərbaycanlı futbolçulara xaricdə yaxşı baxmırlar” - MÜSAHİBƏ
25.12.2009 - 16:55
“Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi
- Bu ilin yayında yenidən “Xəzər-Lənkəran”ın sükanı arxasına qayıtdınız. Başa çatmaqda olan ildə öz işinizi necə qiymətləndirərdiniz?
- Normal. Hələ görüləsi iş çoxdur və bununla məşğuluq. Onu da deyin ki, işin çox hissəsi görülsə də, bir o qədəri də qalıb. Yəni, indi qiymət vermək tezdir.
- Qış fasiləsinə 3-cü yerdə yollanan komandanın çıxışı sizi qane etdimi?
- Haradasa qane etdi, haradasa yox. Buna birmənalı cavab vermək olmur. Elə oyunlar oldu ki, asan xallar itirdik. Amma bir şeyi deyim ki, komanda düzgün yoldadır. Komandanın oyundan-oyuna artırması görünür, hiss olunur.
- Cari çempionat “altılıq” sistemi üzrə keçirilir və burada “qızıl xallar” əsas götürülür. Hazırda bu planda lider olduğunuzu nəzərə alsaq, komandanın nəticəsi sizi razı salmalıdır...
- “Qızıl xal” olsa belə, heç onu da saymırıq. Biz əsasən hər oyuna maksimim fikir veririk. Əlbəttə, sonra “qızıl xallar” da olacaq.
- Fasilə müddətində əsas diqqət dəyişikliklərə yönəlir. Bu planda “Xəzər-Lənkəran”da hansı dəyişiklər olacaq?
- Heyətdəkilərin hamısı qalır. Sərəncamımda olan futbolçulardan kiminləsə vidalaşmaq fikrim yoxdur. Mənə yeni futbolçular lazımdır. Bu, həm yerli, həm də əcnəbi olacaq. Bu yöndə iş gedir. İnşallah, görək necə olacaq.
- Komandanızın maddi imkanları yaxşı olsa da, futbolçularınız azdır. Bu, sizdə narahatlıq doğurmur?
- İlk dövrənin gedişində birdən-birə iki futbolçu getdi. Bolqar Kostadin Cambazovla türkiyəli Fatih Sonkaya bizimlə yollarını ayırdı. Halbuki biz müqavilə bağladığımız bu legionerlərə güvənirdik, inanırdıq. Bu məsələdə söhbət maliyyədən getmir. Yəni, pul var deyə, kimi gəldi almaq da istəmirik. “Xəzər-Lənkəran”a layiq futbolçu axtarırıq.
- Cambazov məsələsi birdəfəlik bağlandımı?
- Bəli. Özü də xahiş etdi ki, ailəsinə görə çox qala bilmir. Biz də onu buraxdıq.
- Transfer vərəqəsini göndərdiniz və gedişi rəsmiləşdi?
- Bu, klubun daxili işidir. Rəhbərliklə danışıqlar olub və özləri qərar verəcəklər.
- Cambazovdan sonra vətənindən təklif alan Denis Silvanın da gedişini nəzərə alsaq, müdafiənin mərkəzində böyük boşluq yaranıb. Bunu necə aradan qaldırmaq fikrindəsiniz?
- Silva getdi-getmədi, yenə oyunçu almaq fikrimiz var. Axtarırıq deyəndə ki, seçmişik, baxışa çağıracağıq, danışıqlar gedir. Yəni, biz indiyədək boş dayanmamışıq. İstədiyimiz futbolçular haqda informasiyamız var.
- Konkret kimləri seçmisiniz?
- Adlarını demək istəmirəm. Çünki əvvəlcə gərək razılıq olsun ki, sonra danışaq. İstədiyimiz oyunçu bizə keçməyə razılıq versin, onu görək, bax, ondan sonra deyək ki, filankəsi aldıq.
- Daha çox legioner alacaqsınız, yoxsa?
- Transfer siyahımızda yerli futbolçu var, legioner də. Transfer həmişə ağır olur. Onu deyim ki, çoxunun müqaviləsi var.
- İndiki vəziyyətdə heyəti qorumaq vacibdir. Ancaq kapitanınız, milli komandanın da əsas qapıçısı Kamran Ağayevin ürəyindən xarici klubda oynamaq keçir. Bu məsələyə necə baxırsınız?
- Normal. Yaxşı təklif olsa, əcnəbilərə razı olsa, bu, başqa məsələ. Amma bizimlə Kamranın müqaviləsi var və onunla vidalaşmaq haqda fikirləşmirik də. İstəyirik ki, Ağayev gələn yaya kimi oynasın. Gəlin belə danışaq ki, azərbaycanlı futbolçulara xaricdə yaxşı baxmırlar. Özünüz də bunun səbəbini məndən yaxşı bilirsiniz. Amma istərdik ki, xaricə oynayan futbolçularımız çox olsun, ölkədən kənara çıxsınlar. Misal üçün, Kamranla yanaşı, Vaqif Cavadov, Elvin Məmmədov, Rəşad Sadıqov. Gənc futbolçular çoxdur. Onlar gedib yaxşı klubların heyətində möhkəmlənsə, bu, həm də futbolumuzun, dövlətin, klubun imicidir. Amma onların yaxşı kluba keçməsini istərdik. Bir də əsas məsələ onun gedib, orada oynamasıdır, daha ehtiyatda oturması yox. Ehtiyatda oturmaqla inkişaf olmayacaq.
- Adlarını çəkdiyiniz və başqa futbolçular buna hazırdırlarmı?
- Bəziləri hazırdır. O baxır kluba, onun taktikasına, hansı oyun üslubuna üstünlük verir.
- Yayda aldığınız Allan Lalinin çıxışından sonra Honduras futbol bazarı özünü doğruldurmu?
- Lalin ümidləri tam doğrultmur. O, gah bir oyun yaxşı oynayır, gah da orta. Bununla bağlı Allanla söhbətimiz olub. Futbolçu özü də çatışmazlıqlarını bilir. Bilirsiniz, Amerika zonasının futbolçularının başqa bir xüsusiyyət var ki, yalnız hücum haqda düşünürlər. Axı təkcə hücumla iş bitmir. Müdafiəni, zonaları da bağlamaq, meydanın hər sahəsində mübarizə aparmaq lazımdır. Lalin bu cəhətdən, mübarizlik baxımından zəifdir. Onun özü bunun aradan qaldırılması yönündə işləyir. Tələbatlar fərqli olsa da, birdən-birə hər şeyə nail olmaq olmur.
- Lalini çıxışını diqqətdə saxlayan Honduras mətbuatı “Xəzər-Lənkəran”a daha iki futbolçularının gələcəyini yazır. Özü də Allandan fərqli, onlar hazırda milli komandalarında oynayırlar. Hondurasdan yenə futbolçu gətirməyə dəyərmi?
- Gərək onları iş başında görək. Onlara baxandan sonra qərar verə bilərik. Söhbət futbolçunun hansı ölkədən olmasından yox, özündən, səviyyəsindən gedir.
- Bildiyiniz kimi, Honduras yığması gələn il dünya çempionatının final mərhələsində oynayacaq. Bəlkə Allanın fikri Cənubi Afrika Respublikasına yollanıb-yollanmayacağında qalıb?
- Lalinə demişəm ki, həmin yığmanın heyətində olmalısan. Onun yığmasının dünya çempionatına çıxması o demək deyil ki, milli komandaya çağırılacaq. Gərək yaxşı oynasın, hazırlaşsın ki, dəvət alsın. Onu deyim ki, televiziya vasitəsilə Allanın çıxışını izləyirlər. Mən bunu bilirəm.
- Rəşad Kərimov, Ceyhun Sultanov və Ramazan Abbasov az oynayırlar. Belə futbolçuları ehtiyatda saxlamağa dəyərmi?
- Söhbət Rəşaddan gedirsə, elə basa düşürəm ki, o, komandadan çıxıb. Ceyhunla Ramazana yenə ümidim var. Ümid heç vaxt itmir. Onlar kömək edə biləcəklər.
- Yayda aldığınız Nizam Hacıyev mövsümün əvvəlində əsas heyətdə meydana çıxsa da, sonradan yerini itirdi...
- Nizami ilə bağlı tamam başqa fikrim var. Bunu onun özünə də demişəm. Hacıyev çox işləməli, ağıllı futbol oynamalıdır.
- Svetkov son vaxtlar çox qol vurur...
- Hə, yaxşı oynayır. Başa düşdü ki, yaxşı oynamaq üçün yaxşı hazırlaşmaq lazımdır. Yayda aldığımız moldovalı Denis Kalinkov isə stabil deyil. Onunla da söhbətimiz olub. Mənim üçün əsas futbolçunun stabil oynamasıdır.
- İlk dövrədə cərrahiyyə olunan braziliyalı yarımmüdafiəçi Dieqo Qusmaonun vəziyyəti necədir?
- Sağalır. Fikrimcə, Türkiyədə təlim-məşq toplanışında bizə qoşulacaq.

0
0