“Bakı”nın 6 milyon dollarlıq rəqibi
25.12.2009 - 17:19
“Bakı”nın 6 milyon dollarlıq rəqibi
“MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində Azərbaycan çempionu “Bakı” ilə eyni qrupda yer alan Qazaxıstanın “Aktobe” klubunun 2010-cu il üçün büdcəsi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dövlət tərəfindən maliyyələşdirilən komanda üçün 6 milyon dollar ayrılıb. Gələn il üçün Aktyubinsk vilayətinin büdcəsini təsdiqləyən yerli deputatlar bölgənin idmanı üçün ayrılan məbləğin təxminən 90 faizini futbol klubu üçün nəzərdə tutub.

Qeyd edək ki, gələn il Rusiyanın paytaxtı Moskvada keçiriləcək “Birlik kuboku”nda mübarizə aparacaq “Bakı” və “Aktobe” qrup mərhələsinin yanvarın 19-da baş tutacaq son turunda üz-üzə gələcək.