“Bakı”dan təkzib: Kallon, Denilson və ya Baştürk nəyimizə lazımdır?
26.12.2009 - 00:05
Son Azərbaycan çempionu “Bakı” İtaliyanın “İnter” klubunun sabiq hücumçusu Məhəmməd Kallonla maraqlanmayıb. Bu barədə apasport.az saytına komandanın vitse-prezidenti Zeynal Məmmədov məlumat verib.
“Kallon kimi indi kölgədə qalan futbolçular ancaq pulu fikirləşirlər. Futbolçunun meneceri ilə söhbətimdə bunun şahidi oldum. Yalnız pul haqda soruşurlar. Onların fikri gəlib burda vaxtını keçirib, pul qazanmaqdır. Belələri nəyimizə lazımdır?” – deyə Məmmədov bildirib.
Vitse-prezident ötənlərin məşhur futbolçuları Denilson və Yıldıray Baştürkün adlarının “Bakı” ətrafında hallandırılmasına da münasibət bildirib: “Hamısı boş söz-söhbətlərdir. Komandamıza qış fasiləsində Braziliya, Şotlandiya, Afrikadan futbolçular gələcək. Biz onları baxışa çağıracağıq. Yoxladıqdan sonra seçim edəcəyik”.

0
0