Stevan Bates də “Bakı”dan ayrılır
25.12.2009 - 17:43
Stevan Bates də “Bakı”dan ayrılır
Stevan Bates “Bakı” klubunu tərk edir. Bu barədə apasport.az saytına komandanın vitse-prezidenti Zeynal Məmmədov məlumat verib. Onun sözlərinə görə, yayda transfer etdikləri 28 yaşlı serbiyalı müdafiəçi özü klubdan getmək istəyir.

“Stevan hələ yayda getmək istədiyini demişdi. Sonradan onu fikrindən daşındırdıq və məsələ qış fasiləsinə qaldı. Ancaq Bates qalmaq istəmir. Bura uyğunlaşa bilmədiyini deyir. Vaxtilə Fransada oynayıb da. Başqa kluba keçsə, bizə kompensasiya ödənilməlidir. Çünki Stevanın bizimlə hələ yayadək müqaviləsi var” – deyə vitse-prezident bildirib.

Bates paytaxt təmsilçisinin bütün avrokubok oyunlarında meydana çıxıb. Komandanın əsas heyət oyunçularından sayılan Stevan cari çempionatda 13 (1170 dəqiqə) görüşdə meydana çıxıb, 2 sarı vərəqə alıb.

Qeyd edək ki, “Bakı”dan cari mövsümdə 6 legioner – braziliyalılar Feliks Felipe Almeyda ilə Rafael Barboza, argentinalı Fernando Peres, rumınlar – Daniel Oprita ilə Kristian Muskalu və gürcü Amiran Muciri ayrılıb.