Ağasəlim Mircavadov: Vaqif Cavadov öz üzərində çox işləməlidir
26.12.2009 - 00:06
“Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov milli komandamızın hücumçusu Vaqif Cavadovun cari ildə çıxışını qiymətləndirib. Bu barədə apasport.az saytına açıqlamasında Mircavadov bildirib ki, 20 yaşlı futbolçu öz üzərində çox işləməlidir: “Cavadovda inkişaf hiss olunur. Ancaq bu, hələ o demək deyil ki, Vaqif üçün son inkişaf mərhələsidir. Onun ən yaxşı oyununu hələ qabaqda görürəm. Vaqifə həddindən artıq çox işləmək lazımdır”.
Əməkdaşımızın “Cavadovu öz komandanızda görmək istəyirsinizmi” sualına isə Mircavadov ikibaşlı cavab verib: “Belə baxanda ürəyimdən çox şey keçir. Amma istərdim ki, Vaqif kimi futbolçular xaricdə oynasınlar”.

0
0