“Bülənt Korkmaza görə “Bakı”da oynayaram”
26.12.2009 - 00:00
Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Erhan Güvənin apasport.az saytına eksklüziv müsahibəsi
- “Bakı” klubunun maraq dairəsinə düşdüyünüz deyilir. Türkiyə mətbuatının yazdığına görə, bu məsələ böyük ölçüdə həll olunub və ilkin razılaşma var...
- Bu məsələ hələlik dəqiqləşməyib. Hazırda “Beşiktaş”ın futbolçusuyam. Klubumdan xəbər gözləyirəm. Mənə konkret söz deməyiblər. Yəni, hazırda ortada anlaşma yoxdur.
- Hər halda, “Bakı” variantı elə-belə yaranmayıb. Yəqin ki, bu komandanın baş məşqçisi olan həmyerliniz Bülənt Korkmaz sizi yanında görmək istəyər...
- Korkmazla telefon söhbətimiz olub. Məni sərəncamında görməyi çox istəyir. Amma durumum hələ bəlli deyil. Karyeramı harada davam etdirəcəyimlə bağlı dəqiq bir şey yoxdur.
- Bildiyimizə görə, bu yay “Beşiktaş”a gəldiyiniz zaman 3 illik müqavilə imzalamısınız. Yəqin ki, əsas problem anlaşmanın uzun müddətli olması ilə bağlıdır...
- Başqa kluba keçidim üçün kompensasiya problemim var. “Bakı”ya gəlmək üçün bunu həll etmək lazımdır.
- Bunu konkret kim həll etməlidir - siz, yoxsa “Bakı”?
- Hələ bu barədə danışıq olmayıb. Sadəcə, mən Bülənt hoca ilə danışdım, o da məni istədiyini bildirdi. Yenə deyirəm ki, “Beşiktaş”dan xəbər gözləyirəm.
- Sizin adınız “Dənizlispor” və “Qaziantepspor”un da ətrafında hallanır...
- Belə bir şey var. Məni bir neçə komanda istəyir. Ancaq hələ qərarımı verməmişəm.
- Münasib təklif olarsa, “Bakı”da oynamaq istərdiniz?
- Təbii ki. “Bakı” haqda xoş sözlər eşitmişəm. Azərbaycan xalqını da çox sevirəm. İnşallah, günlərin bir günü ölkənizdə oynamaq istərdim.
- Yəqin ki, bu, daha çox Bülənt Korkmaz amili ilə bağlıdır. Hər halda, onun rəhbərliyi altında “Gənclərbirliyi”ndə uğurlu karyera yaşamısınız...
- Sözsüz ki, bunun da böyük rolu var. Bülənt hoca mənə çox yardımçı oldu. Mən də ona xidmət etmək, hazırkı komandasının uğurlu çıxışında kömək etmək istəyirəm. Əgər hər şey qaydasında olarsa, buna hazıram. Ancaq hələlik real sözləşmə yoxdur.
- “Beşiktaş” kimi böyük bir komandanın futbolçususunuz, Türkiyə Superliqasının iştirakçısınız. Səviyyəsinə görə ondan geri qalan Azərbaycan çempionatına gəlmək karyeranızda geri addım olmayacaq ki?
- Açığı, əsgərlik məsələm var. Türkiyədən kənarda oynayaramsa, borcumu yerinə yetirəcəyəm. Bu üzdən xaricdə oynamaq təklifi haqda düşünürəm.
- Bəs maddi maraq?
- Bu da vacibdir. Futbolçunun klubunda həm maddi, həm də mənəvi məsələlərdə razı qalması lazımdır. İstədiyim şərtlər olacağı halda, ora gələ bilərəm.
- Şərtləriniz nədir?
- “Bakı” klubunun “Beşiktaş”la anlaşması gərəkdir. Bundan sonra mən maddi, mənəvi məsələlərdə anlaşaramsa, istədiyim şərtlər olarsa, “Bakı”ya keçərəm.
- Amma “Bakı” istəyir ki, klubunuzla məsələni özünüz həll edəsiniz...
- Bu, hələ bəlli deyil.
- “Beşiktaş” sizə görə nə qədər kompensasiya istəyir?
- Bilmirəm. Amma gələn həftə məsələmlə bağlı dəqiq bir şeyin olacağı gözlənilir.

0
0