Milli komandaya 975 min avro ayrıldı
26.12.2009 - 10:58
Ukrayna futbol yığmasının Avropa çempionatına hazırlığı üçün ayrılan pulun məbləği müəyyənləşib. Apasport.az saytının məlumatına görə, AÇ-2012-nin ev sahiblərindən biri olan ukraynalılar dövlətin köməyinə arxalanacaqlar. Belə ki, hökumət yığmanın bu yarışa hazırlığına xüsusi vəsait ayıracaq.
Ukrayna rəhbərliyi komandaya ildə 11,2 milyon qriven (təxminən 975 min avro) verəcək. Yarışa iki il yarım qaldığından, ümumi məbləğin 30 milyon qrivenə (təxminən 2,5 milyon avro) yaxın olacaq.
Qeyd edək ki, öz meydanında uğurlu çıxış etmək niyyətində olan Ukrayna milli futbolçularının tarixlərində ən böyük nailiyyət DÇ-2006-da 1/4 finalına çıxmaqdır.

0
0