Fiqu “Real”a qayıdır
26.12.2009 - 12:01
Portuqaliya milli komandasının sabiq futbolçusu Luiş Fiqu yenidən İspaniyanın “Real” klubunda oynayacaq. Apasport.az saytının məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi vaxtilə formasını geyindiyi Madrid təmsilçisinin heyətində meydana çıxmaq şansı qazanıb. Ancaq fərq ondadır ki, Portuqaliya futbolunun əfsanələrindən sayılan Fiqu “Real”ın veteranlardan ibarət komandasının heyətində yoldaşlıq oyununda çıxış edəcək. Hazırda “Kral klubu”nda çalışan digər əfsanə Zinəddin Zidanın da iştirak edəcəyi qarşılaşmaya hazırlıq məqsədilə Luiş İspaniya paytaxtına təşrif buyuracaq. O, “Real”ın bazasında iki dəfə məşq edəcək.
Xatırladaq ki, karyerasını təxminən yarım il əvvəl İtaliyanın “İnter” klubunda bitirmiş Fiqu hazırda bu klubda çalışır.
Xatırladaq ki, karyerasını təxminən yarım il əvvəl İtaliyanın “İnter” klubunda bitirmiş Fiqu hazırda bu klubda çalışır.
0
0