“Neftçi” yeni prezidentini 1 xalla sevindirdi
26.12.2009 - 16:53
“Neftçi” yeni prezidentini 1 xalla sevindirdi
Unibank Premyer Liqasında 2009-cu il üçün oyunlar başa çatdı. Apasport.az saytının məlumatına görə, bu il üçün son turun görüşlərində qol qeydə alınmadı.

“Neftçi” yeni prezidenti Sadıq Sadıqovu Zaqatalada qələbə ilə sevindirmək üçün çox salışsa da, sonda 1 xalla kifayətləndi. Bununla da “ağ-qaralar” “altılıq” uğrunda əsas rəqiblərindən biri “Simurq”dan şəxsi oyunlarda geri qaldı. Zaqatala təmsilçisi ilk dövrədə rəqibini səfərdə 1:0 hesabı ilə məğlub etmişdi.

Nazim Süleymanov özü üçün prinsipial rəqib sayılan “Turan”la səfər görüşündə yenə 1 xal qazandı. “Olimpik-Şüvəlan”ın çalışdırıcısı vətəndə baş məşqçi kimi ilk oyununu 5 il öncə məhz Tovuz təmsilçisi ilə keçirmişdi. Süleymanov rəhbərlik etdiyi “Xəzər-Lənkəran”la 2004/05 mövsümündə səfərdə tovuzlularla səfərdə 1:1 hesablı bərabərliyə qalmışdı. Həmin görüş “Xəzər-Lənkəran”ın tarixində ilk rəsmi oyun oldu.

“Olimpik-Şüvəlan”la “Turan” ilk dövrədə də heç-heçə etsə də, tovuzlular səfərdə vurulan qollar hesabına rəqibini üstələyir. “Şəfa” stadionunda 3:3 hesabı ilə nəticələn görüş cari mövsümdə ən məhsuldar oyunlardan biri idisə, bu dəfə azarkeşlər bir qol belə görmədi.

Qeyd edək ki, növbəti – XVIII turun oyunları gələn ilin fevralın 2-də və 3-də keçiriləcək.

XVIII tur
2 fevral (çərşənbə axşamı)


“Bakı” – “Turan”
“Olimpik-Şüvəlan” – “Qəbələ”

3 fevral (çərşənbə)

“Xəzər-Lənkəran” – “Standard”
“İnter” – “Muğan”
“Karvan” – “Simurq”
“Neftçi” – “Qarabağ”

24 dekabr

"Standard" - "Karvan" - 1:0

Qol: Fərid Quliyev, 10
Baş hakim: Elçin Məmmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
İlk dövrədəki oyun – 2:2

"Muğan" - "Xəzər-Lənkəran" - 1:2
Qollar: Eldin Adiloviç, 78 - Mario Souza, 35; İvan Svetkov, 57
Baş hakim: Əmrah İbrahimov
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 0:2

"Qəbələ" - "İnter" - 0:1
Qol: Petar Zlatinov, 86
Baş hakim: Əfqan Həmzəyev
Qəbələ. Şəhər stadionunun süni örtüklü meydançası
İlk dövrədəki oyun – 2:3

"Qarabağ" - "Bakı" - 0:0
Baş hakim: Rasim Məmmədov
Ağdam. Quzanlı qəsəbə stadionu.
İlk dövrədəki oyun – 1:0

26 dekabr

"Turan" - "Olimpik-Şüvəlan" - 0:0

Baş hakim: Hacıəli Ağayev
Tovuz. Şəhər stadionu
İlk dövrədəki oyun – 3:3

"Simurq" - "Neftçi" - 0:0
Baş hakim: Elnur Muradov
Zaqatala. “Simurq” stadionu
İlk dövrədəki oyun – 1:0

komandalar

O

Q

H

M

T

X

1

"İnter"

17

11

3

3

30-16

36

2

"Qarabağ"

17

10

5

2

16-8

35

3

"Xəzər-Lənkəran"

17

10

5

2

24-10

35

4

"Neftçi"

17

8

5

4

18-12

29

5

"Bakı"

17

8

4

5

16-14

28

6

"Simurq"

17

7

7

3

18-13

28

7

"Qəbələ"

17

7

5

5

19-18

26

8

"Olimpik-Şüvəlan"

17

4

6

7

16-18

18

9

"Muğan"

17

3

5

9

12-24

14

10

"Turan"

17

3

4

10

19-26

13

11

"Standard"

17

2

3

12

14-28

9

12

“Karvan”

17

1

4

12

11-26

7


Bombardir: Anatoli Doroş ("Olimpik-Şüvəlan"), Girts Karlsons (“İnter”), Adrian Neaqa ("Neftçi") - 7