“Neftçi”nin oyunçusu bazadan çıxıb və bir daha geri qayıtmayıb...
26.12.2009 - 13:24
Bakının “Neftçi” klubunun rəhbərliyi futbolçu Joze Karlosu tapa bilmir. Apasport.az saytının məlumatına görə, təxminən 4 ay əvvəl komandanın düşərgəsini tərk edən 21 yaşlı hücumçunun harada olduğu hələ də məlum deyil. Sonuncu dəfə avqustun 22-də “Turan”la Bakıda keçirilən görüşdə meydana çıxan braziliyalı üçün həmin matç mövsümün yeganə qarşılaşması olub. Zədə ucbatından “Neftçi”nin o vaxtkı rəhbərliyindən icazə alaraq, müalicə üçün vətəninə üz tutan Karlos bir daha geri qayıtmayıb. Bakılılar müqaviləsi başa çatmaq üzrə olan legionerin yolunu gözləsələr də, Joze yenidən flaqmanın düşərgəsinə qatılmaq istəməyib.
Qeyd edək ki, ötən il qitə kuboklarında iki mərhələ adlayan ilk Azərbaycan klubu olan “Neftçi” həmin uğuruna görə Karlosa borclu idi. Bakıda “Nitra”ya 2:0 hesablı qələbənin ardından Slovakiyada 0:3 hesabı ilə uduzmaqda olan flaqmanı növbəti mərhələyə məhz braziliyalının qolu çıxarmışdı.

0
0