AFFA-dan analoqu olmayan addım!
26.12.2009 - 14:12
Avropa çempionatının elit raunduna yüksələn 19 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan milli komandası bu yarışa qatılmaqdan imtina edib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, assosiasiya rəhbərliyinin yığma ilə bağlı belə qərar qəbul etməsinə komandada yaşı süni şəkildə azaldılan (“lipa”) futbolçuların yer alması səbəb olub. Belə ki, qurumun apardığı araşdırma zamanı U-19-un heyətində doğum tarixi yanlış göstərilən futbolçuların oynadığı müəyyənləşib. Həmin “lipalar” yığmamızın heyətində Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarında iştirak ediblər. Məhz onların sayəsində komandamız Avropa çempionatının elit raunduna vəsiqə qazanıblar.
Lakin AFFA rəhbərliyi “Fair play” (“Ədalətli oyun”) qaydalarına və rəqiblərə hörmətlə yanaşaraq, U-19-un heyətində yaşı süni olaraq azaldılmış futbolçular olduğundan, növbəti mərhələdə oynamağı haqsızlıq sayıb. Bu səbəbdən assosiasiya yığmamızın elit raundda iştirakdan imtinası ilə bağlı UEFA-ya məktub ünvanlayıb. Məsələ ilə bağlı AFFA-nın daxili araşdırması hələ də davam etdiyindən, “lipa” futbolçuların adları açıqlanmır. Araşdırma başa çatdıqdan sonra məsələ ilə bağlı qərar qəbul olunacaq.
Qeyd edək ki, AFFA-nın atdığı bu addım futbol tarixində ilk belə haldır. İndiyədək yalnız rəqib komandanın şikayətindən və ya yarış təşkilatçılarının şübhələrindən sonra “lipalar” üzə çıxırdı və heç kim öz günahını boynuna alıb, beynəlxalq futbol qurumlarını bu haqda xəbərdar etmirdi.

0
0