PFL klublara 29 gün vaxt verdi
26.12.2009 - 14:43
Unibank Premyer Liqasının 2009/2010 mövsümündə qış “transfer pəncərəsi”nin vaxtı müəyyənləşib. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, transfer dövrü gələn il yanvarın 7-də başlanacaq. Bu dəfə klublara 29 gün vaxt verən qurum keçidlərin qeydiyyatını fevralın 4-də yekunlaşdıracaq.
0
0