Elxan Məmmədov: Onları bu işə kimin sövq etməsini açıqlamaq istəmirəm
26.12.2009 - 15:09
“19 yaşadək qızlardan ibarət milli komanda ilə bağlı məsələ çox ciddidir. Yığmanın heyətində yaşı süni azaldılan, yəni “lipa” futbolçular tapdığımızdan, Avropa çempionatının elit raundunda iştirakdan imtina etmişik. Bizə yalandan heç nə lazım deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
O, öncə U-19-da “lipa”ların forma geyinməsindən şübhələndiklərini, sonra isə araşdırmalara başladıqlarını bildirib: “Hətta yarışlar zamanı rəqib komandanın nümayəndələri mənə yaxınlaşıb deyirdilər ki, Azərbaycan yığmasında “lipa”ların olmasından şübhələnirik. Daha sonra biz araşdırma aparmaq qərarına gəldik və həqiqətən də milli komandada yaşı 19-dan yuxarı futbolçuların olması üzə çıxdı. Araşdırmalar yekunlaşmadığına görə, neçə futbolçunu yaşının azaldıldığını, onların adlarını və oyunçuları bu işə kimin sövq etməsini açıqlamaq istəmirəm. Yəqin ki, Yeni il bayramından sonra mətbuata, eləcə də futbol ictimaiyyətinə bu məsələ haqda daha ətraflı məlumat veriləcək”.
Baş katib vurğulayıb ki, AFFA rəhbərliyi bundan sonra da süni yaş azaltma prosesini ciddi nəzarət altında saxlayacaq: “Bu, bir daha AFFA-nın “lipa”lara qarşı ciddi mübarizə apardığını göstərir. Hətta milli komandaya qarşı da sərt tədbirlər görürük. Biz “Ədalətli oyun” prinsiplərinin tərəfdarıyıq. Başqa yollarla Avropa çempionatına vəsiqə qazanmaq, rəqiblərə hörmətsizlik etmək istəmirik. Qoy, bu dəfə qitə çempionatının elit raundunda oynamayaq. Əvəzində, qarşıdakı illərdə heç bir pozuntuya yol vermədən, təmiz yaşa malik futbolçuların sayəsində bundan böyük uğurlar qazanarıq”.

0
0