“İnter” Mahir Şükürovu başqa komandaya buraxmır!?
26.12.2009 - 17:18
"Qəbələ" ilə oyunda bir az əsəbi idim. Bu həm oyunumuzun alınmaması, həm də çox topsuz oynamağımla bağlı idi. Milli komandada Berti Foqts bütün hücumları mənim üzərimdən qurur, əsasən mən oynadığım cinaha üstünlük verir. Amma klubda nədənsə bu yoxdur. Mən topsuz oynamağı xoşlamıram. Nə qədər çox top ötürsələr, bir o qədər də yaxşı hücumlar quraram. Topsuz oynamağı və uduzmağı istəmirəm". Apasport.az-n xəbərinə görə, bu sözləri "Qəbələ" - "İnter" oyunu ilə bağlı şəxsi saytına açıqlamasında "İnter"in oyunçusu Mahir Şükürov deyib.
Şükürov bildirib ki, Georgi Nikolov onun "İnter"də qalmasını istəyir: "Bilirsiz, transferim "İnter"in prezidentindən asılıdı. Prezidentlə söhbətdə o, mənə dedi ki, sənə ehtiyacımız var. Qalsan, daha yaxşı olar. Çempionluq yolunda sən bizə lazımlısan. Amma getmək istəsən, maneçilik törətməyəcəm".

0
0