Roman Pokoranın təşəkkürü
26.12.2009 - 18:56
“Hamınızı qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edirəm. Vaqif müəllimin gəlişindən sonra "Neftçi" komandası çox güclənib”. Apasport.az saytının xəbərinə görə, bunu “Simurq” klubunun baş məşqçisi Roman Pokora deyib.
Ölkə çempionatının XVII turunda öz meydanında “Neftçi” ilə bərabərliyə qalan Zaqatala təmsilçisinin çalışdırıcı oyun sonrası mətbuat konfransında bildirib ki, qazanılan 1 xala sevinir: “Rəqibimiz artıq neçə oyundur ki, məğlub olmur. Bu cür komanda formalaşdırdığı üçün Vaqif müəllimi təbrik edirəm. Bugünkü qarşılaşmada bir çox oyunçularım xəstə olduqları halda meydanda mübarizə apardılar. 1 xal qazandığımız üçün şadam".

0
0