“Bakı”nın ilk transferi türk oldu
26.12.2009 - 19:16
Ölkə çempionu “Bakı” ilk transferini reallaşdırıb. Apasport.az saytının xəbərinə görə, paytaxt təmsilçisi türkiyəli futbolçu Kürşat Duymuşla 1,5 il müddətinə müqavilə bağlayıb.
Kürşat Duymuş 1 fevral 1979-cu ildə Muşda anadan olub. Boyu 189 sm, çəkisi 87 kq-dır. Peşəkar futbolçu karyerası ərzində iki dəfə U-18, 18 dəfə U-21, 3 dəfə Türkiyə milli komandalarının formasını geyib.
Duymuş peşəkar futbolçu kimi ilk addımlarını 1998-ci ildə "Etimesgut Şekerspor" klubunda atıb. Növbəti illərdə "Çaykur Rizespor", "Trabzonspor", "Beşiktaş", "Ankaraspor", "Kayserispor" kimi klubların heyətində çıxış edib. Son klubu "Kartalspor" olub.
Mənbə: fcbaku.az

0
0