“Neftçi”nin sabiq baş məşqçisi “Obolon”u çalışdıra bilər
28.12.2009 - 09:39
“Neftçi”nin sabiq baş məşqçisi “Obolon”u çalışdıra bilər
Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Anatoli Demyanenko özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, 50 yaşlı mütəxəssis karyerasını vətənində davam etdirə bilər.

Belə ki, Yuri Maksimovla yollarını ayıran Kiyev “Obolon”u Demyanenkonun xidmətində maraqlıdır. Böyük məbləğdə əmək haqqı verə bilmədiyindən baş məşqçisinin “Krivbass”a keçməsi ilə barışmalı olan Kiyev təmsilçisi onun əvəzinə azla qane olan mütəxəssis axtarır. Azərbaycanı tərk edəndən sonra işsiz qalan Demyanenko da bu mənada “Obolon” üçün münasib çalışdırıcıdır.

Qeyd edək ki, 2008-ci ilin yanvarından sentyabrına qədər “Neftçi”ni çalışdıran Demyanenko Azərbaycan futbolu tarixinə düşüb. Məhz onun vaxtında ilk dəfə olaraq təmsilçimiz qitə kuboklarında iki mərhələ keçib.
0