750 min avro ver, Rəşad Sadıqovu al
28.12.2009 - 09:58
750 min avro ver, Rəşad Sadıqovu al
Böyük Britaniyanın transfermarkt.co.uk saytı Azərbaycan milli komandasının futbolçularının transfer qiymətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı yığmamızın hazırkı üzvləri, eləcə də son vaxtlaradək komandaya dəvət alan 27 oyunçudan ibarətdir.

Milli komandamızın ən bahalı futbolçuları “Qarabağ” klubunun da şərəfini qoruyan Rəşad Sadıqov və onun “Neftçi”dəki həmkarı Rail Məlikov sayılır. Onların transfer qiymətləri 750 min avroya bərabərdir. Ən ucuz oyunçumuz isə “Karvan”ın braziliyalı müdafiəçisi Ernani Pereyradır. O, Sadıqovdan 10 dəfə ucuzdur.

Ümumi komandanın qiymətinə gəlincə, yığmamız Avropada 7 ölkəni - Lixtenşteyn, Qazaxıstan, Farer adaları, Lüksemburq, Malta, Andorra və San-Marinonu qabaqlayır.

Azərbaycan milli komandasının futbolçularının transfer qiymətləri:

Rəşad Sadıqov - 750 min avro
Rail Məlikov - 750 min
Fərhad Vəliyev - 450 min
Kamran Ağayev - 450 min
Elvin Məmmədov - 400 min
Saşa Yunisoğlu - 300 min
Vüqar Nadirov - 300 min
Vaqif Cavadov - 250 min
Cavid Hüseynov - 250 min
Samir Abbasov - 250 min
Aleksandr Çertoqanov - 250 min
Mahir Şükürov - 250 min
Elnur Allahverdiyev - 200 min
Araz Abdullayev - 200 min
Elmar Baxşıyev - 200 min
Usim Nduka - 150 min
Ramin Quliyev - 150 min
Cəmşid Məhərrəmov - 150 min
Fabio Luis Ramim - 150 min
Daniel Axtyamov - 150 min
Leandro Qomeş - 150 min
Vladimir Levin - 125 min
Aqil Nəbiyev - 100 min
Zeynal Zeynalov - 100 min
Rahid Əmirquliyev - 100 min
Rauf Mehdiyev - 100 min
Ernani Pereyra - 75 min
0