“Xəzər-Lənkəran” hamıdan öndə, “Neftçi” potensial liderdir
28.12.2009 - 10:27
“Xəzər-Lənkəran” hamıdan öndə, “Neftçi” potensial liderdir
“Xəzər-Lənkəran” klubu 2009-cu ili lider kimi başa vurdu. Apasport.az saytının məlumatına görə, baş məşqçi Ağasəlim Mircavadovun komandası Unibank Premyer Liqasının ilk dövrəsində olduğu kimi, ili birinci pillədə bitirdi. Təbii ki, söhbət “qızıl xallar”ın nəzərə alındığı “altılıq” sistemindən gedir.

Məlum olduğu kimi, cənub təmsilçisi 40 günlük qış fasiləsinə turnir cədvəlinin 3-cü pilləsində yollandı. Ancaq əsas mərhələ bitən kimi “altılığ”a düşməyən komandaların hesabındakı xallar ləğv olunacaq və lənkəranlılar indiki vəziyyətdə turnir cədvəlinə başçılıq edir. Düzdür, “Simurq”un da “Xəzər-Lənkəran” kimi hesabında 12 xal var. Ancaq xallar eyni olanda şəxsi oyun əsas götürülür ki, Zaqatala təmsilçisi bu göstəricidə rəqibindən geri qalır. Bu da “Xəzər-Lənkəran”ın ilk dövrədə “Simurq”u evdə böyük hesabla məğlub etməsi (3:0) ilə bağlıdır.

Cənub komandası rəqibini həm də ondan bir oyun az keçirməsi baxımından üstələyir. Maraqlısı odur ki, “Simurq” uğursuz çıxış etdiyi ikinci dövrədə qələbə üzünə həsrət qalsa da, liderlərdən biri olaraq qalır.

Sözsüz ki, “altılığ”ın turnir cədvəlində əsas diqqəti çəkən məqam “İnter”in son pillədə yer almasıdır. Əslində, “İnter”in “Bakı” və “Neftçi” kimi xalları bərabər olsa da, paytaxt təmsilçiləri arasında şəxsi oyunların göstəricisində “ağ-qaralar” 1-ci, son ölkə çempionu 2-dir. “Neftçi”nin “altılıq”dakı komandalardan ən az oyun keçirdiyini nəzərə alsaq, potensial lider olduğunu deyə bilərik.

Qeyd edək ki, ilk dövrədən sonra tərtib edilən “altılıq”la indikini müqayisə etdikdə əsas dəyişiklik “Qəbələ”nin yoxluğu ilə bağlıdır. Qəbələlilər həmin vaxt “Xəzər-Lənkəran”la birgə 8 xalla şərlikli lider idisə, indi heç ilk 6 komanda arasında yer almayıb.

İlk “altılıq”dakı komandaların öz aralarında qalan oyunları

2009-cu il
XVIII tur
3 fevral


“Neftçi” – “Qarabağ”

XIX tur
7 fevral


“Simurq” – “Xəzər-Lənkəran”
“Neftçi” – “Bakı”

XX tur
11 fevral


“Xəzər-Lənkəran” – “Qarabağ”
“İnter” – “Simurq”

XXI tur
16 fevral


“Qarabağ” – “İnter”
“Neftçi” – “Xəzər-Lənkəran”

XXII tur
21 fevral


“İnter” – “Neftçi”


y

komanda

1

2

3

4

5

6

o

q

h

m

t

f

x

1

Xəzər-Lənkəran

1

3:0

 

0:0

1:1

1:0

7

3

3

1

9 - 3

+6

12

 

0:1

 

3:0

1:1

2

Simurq

 

2

1:0

0:0

1:2

1:1

8

3

3

2

6 - 7

–1

12

0:3

0:0

1:0

2:1

 

3

Qarabağ

1:0

0:0

3

1:0

0:0

 

7

3

2

2

4 - 3

+1

11

 

0:1

 

1:0

1:2

4

Neftçi

 

0:1

 

4

 

2:1

6

2

2

2

4 - 3

+1

8

0:0

0:0

0:1

2:0

 

5

Bakı

0:3

1:2

0:1

0:2

5

2:0

9

2

2

5

6 - 11

–5

8

1:1

2:1

0:0

 

0:1

6

İnter

1:1

 

2:1

 

1:0

6

7

2

2

3

6 - 8

–2

8

0