Adrian Neaqa: Bu kluba keçidim böyük səhv idi
28.12.2009 - 11:10
Adrian Neaqa: Bu kluba keçidim böyük səhv idi
“Neftçi” klubunun hücumçusu Adrian Neaqa Rumıniyanın “Styaua” komandasında çıxış etdiyi dövrü unuda bilmir. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasında yaranan fasilədə vətəninə yollanan rumıniyalı futbolçu jurnalistlərin diqqət mərkəzinə düşüb. 30 yaşlı legioner Buxarest təmsilçisindəki günlərini xatırlayıb: “2007-ci ildə “Styaua”ya qayıtmağıma görə indi də peşmanam. Bu kluba keçidim böyük səhv idi. İndi isə çox xoşbəxtəm”.

Qeyd edək ki, Neaqa cari mövsümün arxada qalan hissəsində 7 qol vurmaqla, Anatoli Doroş (“Olimpik-Şüvəlan”) və Girts Karlsonla (“İnter”) birlikdə çempionatın bombardirləri siyahısında liderlik edir.
0