Vaqif Cavadov: Stiv Maklaren kimi məşqçi məni sərəncamında görmək istəyirsə...
28.12.2009 - 11:28
Vaqif Cavadov: Stiv Maklaren kimi məşqçi məni sərəncamında görmək istəyirsə...
“Tvente” ilə hələ müqavilə bağlamamışam. Müxtəlif variantlar var idi. Sonda "Tvente"yə üstünlük verməyi lazım bildim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının və “Qarabağ”ın futbolçusu Vaqif Cavadov deyib.

Hollandiya təmsilçisinə keçidi gündəmdə olan 20 yaşlı hücumçu iddialı danışıb. O, yeni komandasının əsas heyətində yer almaq istədiyini bildirib: “Tvente”də heç də ehtiyatda oturmaq fikrində deyiləm. Oyunumla özümü sübut edib, daha çox meydanda olmaq istəyirəm. Stiv Maklaren kimi məşqçi məni sərəncamında görmək istəyirsə, onun ümidlərini doğrultmalıyam".

Cavadov 2,5 illik müqavilə bağlamaq üçün yanvarın 5-də Hollandiyaya üz tutacaq.
0