“Kral klubu” üçün 1 milyard avro!
28.12.2009 - 11:43
“Kral klubu” üçün 1 milyard avro!
İngiltərənin “Mançester Siti” klubunun sahibi Mənsur ben Zahid Əl Nəhayan daha böyük komanda almaq arzusundadır. Apasport.az saytının məlumatına görə, ərəb milyarder İspaniya “Real”ına “elçi” düşüb.

Artıq nümayəndələrini danışıqlara yollayan ərəb şeyxi “Kral” klubu”na sahib olmaq üçün 1 milyard avro verməyə hazırdır. Başqa vaxt belə təklifi rədd edəcək “Real” rəhbərliyi borc içində olduğunu nəzərə alaraq götür-qoy etməyə başlayıb. Alqı-satqı baş tutarsa, milyarder “Mançester Siti”ni qohumlarından birinin adına keçirməli olacaq. Çünki UEFA qaydaları eyni adamın iki kluba sahiblik etməsinə imkan vermir.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin prezidentinin ögey qardaşı olan Mənsur ben Zahid Əl Nəhayanın sərvəti 7,9 milyard avro dəyərləndirilir.
0