“Karvan” çempionatı sonuncu pillədə başa vuracaq!
28.12.2009 - 11:49
“Karvan” çempionatı sonuncu pillədə başa vuracaq!
“Karvan” daha bir antirekord rəsmiləşdirdi. Apasport.az saytının məlumatına görə, tarixində ən zəif mövsümünü keçirən Yevlax təmsilçisi Unibank Premyer Liqasının təsnifat mərhələsini sonuncu pillədə başa vuracaq. Bu da onunla bağlıdır ki, “Karvan” indiki vəziyyətdə son “altılıq”da bütün oyunlarını keçirib və deməli, 6 xaldan çox toplaya bilməz.

7-12-ci yerlər uğrunda mübarizədə turnir cədvəlinə isə hamıdan az oyun keçirən “Qəbələ” başçılıq edir. Ancaq təbii ki, bu göstərici Ramiz Məmmədovun çalışdırdığı komandanı qane edə bilməz. Axı “Qəbələ” ilk “altılığ”a düşməyi qarşısına məqsəd qoyub və bunun üçün əlindən gələni edir. Ancaq qəbələlilər qış fasiləsinə 7-ci pillədə yollanmaqla barışmalı oldu. Halbuki “Qəbələ” birinci dövrədən sonra ilk “altılıq”da “qızıl xallar”a görə 2-ci, lider “Xəzər-Lənkəran”la eyni xala malik idi.

Hazırkı turnir cədvəlini əsas turnir cədvəli ilə müqayisə etsək, yalnız “Turan”ın mövqeyində dəyişiklik nəzərə çarpır. Yəni, tovuzlular ilk dövrədən sonra olduğu kimi, “Olimpik-Şüvəlan”ı “altılıq”da qabaqlayır.

Qeyd edək ki, gələn ilin martın əvvəlində 1-6-cı kimi, 7-12-ci yerlər uğrunda mübarizədə də əsas mərhələyə start veriləcək. Bunun yekununda son iki pilləni tutan komanda birinci diviziona düşəcək.

İkinci “altılıq”da olan komandaların öz aralarında qalan oyunları

2010-cu il
XVIII tur
2 fevral

“Olimpik-Şüvəlan” – “Qəbələ”

XIX tur
7 fevral

“Muğan” – “Olimpik-Şüvəlan”
“Qəbələ” – “Turan”

XX tur
11 fevral

“Turan” – “Muğan”

12 fevral
“Olimpik-Şüvəlan” – “Standard”

XXI tur
16 fevral

“Standard” – “Turan”
“Muğan” – “Qəbələ”

21 fevral
“Qəbələ” – “Standard”

y

komanda

1

2

3

4

5

6

o

q

h

m

t

f

x

1

Qəbələ

1

 

2:1

3:0

 

1:0

6

5

0

1

10 - 6

+4

15

1:0

 

 

2:1

1:4

2

Turan

0:1

2

0:0

 

3:0

2:1

7

3

3

1

11 - 7

+4

12

 

3:3

3:2

 

0:0

3

Olimpik-Şüvəlan

 

3:3

3

0:0

 

4:0

7

3

3

1

12 - 7

+5

12

1:2

0:0

 

1:0

3:2

4

Muğan

 

2:3

 

4

1:0

1:0

7

2

2

3

5 - 8

–3

8

0:3

 

0:0

0:1

1:1

5

Standard

1:2

 

0:1

1:0

5

1:0

7

2

1

4

5 - 9

–4

7

 

0:3

 

0:1

2:2

6

Karvan

4:1

0:0

2:3

1:1

2:2

6

10

1

3

6

10 -16

–6

6

0