“Qəbələ” intizamsızlardan birini qovdu, digərini saxladı
28.12.2009 - 11:55
“Qəbələ” intizamsızlardan birini qovdu, digərini saxladı
“Qəbələ” klubu ən intizamsız futbolçusunu qovub. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisinin cari mövsümdə iki qırmızı vərəqə alan legioneri Tomaş Stolpa ilə yollarını ayıracağı dəqiqləşib.

Polşalı hücumçu ilə başa çatmaqda olan müqavilənin müddəti uzadılmayacaq. “Qəbələ”nin bir ildir heyətində yer alan Stolpa “Qarabağ”la səfər (1:1), “Karvan”la ev oyununda (1:0) meydandan qovulmaqla, komandasını azlıqda qoyub. Həmin vaxt Tomaşı cərimə hesabına cəzalandıran klub rəhbərliyi bu dəfə daha sərt addım atıb. Stoplanın da gedişi ilə ölkəmizdə polşalı futbolçu qalmadı.

Ötən qış “Qəbələ”yə transfer olunan moldovalı yarımmüdafiəçi Anatoli Ostap isə rəhbərliyin etimadını qazanıb. Tomaş kimi cari mövsümdə qırmızı vərəqə alan, bundan sonra əsas heyətdə yer alan Ostapla müqavilənin müddətini uzatmaq qərara alınıb.
0