“Qəbələ”də 5 yeni futbolçu
28.12.2009 - 12:13
“Qəbələ”də 5 yeni futbolçu
“Qəbələ” klubu Unibank Premyer Liqasının qış fasiləsini Türkiyədə keçirəcək. Apasport.az saytının məlumatına görə, Ramiz Məmmədovun çalışdırdığı komanda gələn ilin yanvarın 15-dən 28-dək Antalyada təlim-məşq toplanışında olacaq.

Qəbələlilər “Topqapı Palace” otelində məskunlaşacaq. Orada 4 yoxlama oyunu keçirəcək “Qəbələ” Rusiyanın və Ukraynanın yüksək liqa komandaları ilə qüvvəsini sınamağı planlaşdırır.

Qeyd edək ki, Məmmədov ikinci dövrədə 5 yeni futbolçu transfer edəcək.
0