Unibank Premyer Liqası 2009-cu ili antirekordla başa vurdu
28.12.2009 - 14:19
Unibank Premyer Liqası 2009-cu ili antirekordla başa vurdu
Unibank Premyer Liqasının 2009-cu ildə keçirilən son turunda antirekordu qeydə alınıb. Apasport.az saytının hesablamalarına görə, cari mövsümdə ən az qol XVII turda oldu. Keçirilən 6 görüşdə 5 qol vuruldu ki, bu da hər oyunda orta məhsuldarlığın 1 qoldan da az olması deməkdir.

Bakıdan kənarda keçirilən 6 oyunun 3-ü qolsuz bərabərliklə başa çatdı. Sumqayıtda meydan sahiblərinin, Qəbələdə qonaqların 1:0 hesabı qələbəsi qeydə alındı. Ən məhsuldar oyun Salyanda oldu ki, “Muğan”la “Xəzər-Lənkəran”ın görüşündə qapılara 3 top vuruldu.

Qeyd edək ki, cari çempionatımızda bunadək ən az qol II turda vurulmuşdu. Həmin vaxt, yəni 4 ay öncə azarkeşlər 6 görüşdə 8 qolun şahidi olmuşdu. Ən məhsuldar isə XIII tur olub ki, həmin vaxt qapılardan 20 top keçirilib.

24 dekabr
“Standard” – “Karvan” – 1:0
“Muğan” – “Xəzər-Lənkəran” – 1:2
“Qəbələ” – “İnter” – 0:1
“Qarabağ” – “Bakı” – 0:0

26 dekabr
“Turan” - “Olimpik-Şüvəlan” - 0:0
“Simurq” – “Neftçi” – 0:0

Unibank Premyer Liqasının cari mövsümdə vurulan qollar
I tur – 10 qol
II tur – 8 qol
III tur – 10 qol
IV tur – 17 qol
V tur – 9 qol
VI tur – 19 qol
VII tur – 17 qol
VIII tur – 14 qol
IX tur – 12 qol
X tur – 13 qol
XI tur – 13 qol
XII tur – 11 qol
XIII tur – 20 qol
XIX tur – 12 qol
XV tur – 13 qol
XVI tur – 9 qol
XVII tur – 5 qol
0