Berti Foqtsun sevimlisi
28.12.2009 - 14:32
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts yenə həmyerlilərinin diqqət mərkəzindədir. Apasport.az saytının məlumatına görə, 63 yaşlı mütəxəssis bu dəfə futboldan kənar həyatı ilə həmkarlarımızın yadına düşüb.
Alman jurnalistlər futbolçular və avtomobillər mövzusuna toxunarkən Foqtsun da “sevgi”lisini xatırlayıb. Söhbət veteran futbolçunun ən çox xoşladığı avtomobil markasından gedir.
Əfsanəvi oyunçuların bağlı olduqları maşınları xatırlayan həmkarlarımız Foqtsla indikilərin fərqini də üzə çıxarıb: “Güntür Netser və onun “Ferrari”si, Berti Foqts öz “Porsche Targa”sında, “Zepp Mayer “Jaguar”da... İndiki futbolçular belə seçim etməkdən məhrumdur. Axı əksər klublar oyunçularını əməkdaşlıq etdiyi şirkərin avtomobilləri ilə təmin edir. Və futbolçular istədiyi şirkətin istehsalı olan maşında gəzmək hüququnu itirir”.
Qeyd edək ki, 1965-ci ildən istehsal olunan “Porsche Targa”nın 44 il ərzində müxtəlif modelləri hazırlanıb.

0
0