11 oyuna 11 vərəqə alan futbolçu kimdir?
28.12.2009 - 15:33
11 oyuna 11 vərəqə alan futbolçu kimdir?
Unibank Premyer Liqasının 2009-cu ildə qalan hissəsinin ən intizamsız futbolçularının siyahısı məlum olub. Apasport.az saytının hesablamalarına görə, arxada qalan 17 turda meydana çıxan oyunçulardan 4-ü iki, 26-sı bir dəfə meydandan qovulub.

Onlar arasında intizamsızlıq rekordu Ramal Hüseynova məxsusdur. Ümumilikdə, heç tam 11 oyun meydanda olmayan yarımmüdafiəçi elə 11 dəfə önündə vərəqə görüb. Bunların üçü – iki sarı və bir qırmızı eyni matça təsadüf edib. Daha bir dəfə birbaşa meydandan qovulan Ramal 7 qarşılaşmanı xəbərdarlıqla tərk edib.

Bir sözlə, o cəmi 2 matçı hakimlərin gözündən uzaq olub. Meydandan heç vaxt qovulmayan oyunçulardan isə Devran Ayhan rekorda imza atıb. O səkkiz görüşdə sarı vərəqə alıb.

Unibank Premyer Liqasının ən intizamsız futbolçuları

N

futbolçu

klubu

q

ssq

s

oyun

Dəqiqə

1

Ramal Hüseynov

Standard

1

1

7

11

941

2

Markus Ferreyra

Karvan

0

2

4

14

1250

3

Tomaş Stolpa

Qəbələ

1

1

3

13

694

4

Vüsal Hüseynov

Muğan

2

0

2

13

911

5

Mahir Şükürov

İnter

0

1

7

15

1330

6

Ekrem Hodziç

Muğan

0

1

7

15

1339

7

Sergey Laşenkov

Olimpik-Şüvəlan

0

1

6

14

1178

8

Abdul Kadir Kamara

Olimpik-Şüvəlan

1

0

7

14

1083


Qeyd: q – birbaşa qırmızı vərəqə, ssq – ikinsi sarıya görə qırmızı vərəqə, s – qırmızıya çevrilənlər nəzərə alınmamaqla sarılar.

Meydandan qovulmadan ən çox vərəqə alanlar

N

futbolçu

klubu

sarı

oyun

Dəqiqə

1

Devran Ayhan

Xəzər-Lənkəran

8

15

1350

2

Da Silva Rocha Leonardo

İnter

7

10

816

3

Aleksandr İntskirveli

Karvan

7

15

1228