Covanni Trapattoni Türkiyə yığmasında?
28.12.2009 - 15:42
Türkiyə Futbol Federasiyasının (TFF) rəhbərliyi Covanni Trapattonini milli komandanın baş məşqçisi postuna gətirmək istəyir. Apasport.az saytının məlumatına görə, TFF rəsmiləri bu məqsədlə 70 yaşlı italyan mütəxəssisə təklif göndərib.
Fatih Terimin istefasından sonra yeni çalışdırıcı axtaran “ay-ulduzlular”ın sükanı arxasına namizədlər sırasında Trapattoni ilk sırada yer alıb. Düzdür, türklər rusiyalı Qus Hiddink, almaniyalılar Yoahim Löv və Yurgen Klinsmanla maraqlansalar da, bu mütəxəssislər italyanla müqayisədə müxtəlif səbəbdən az şanslı sayılırlar. Trapattoni son illərdə çalışdırdığı İrlandiya yığmasını 2010-cu il dünya çempionatının final mərhələsinə çıxarmağa yaxın olsa da, Fransa milli komandası ilə pley-off mərhələsində kobud hakim səhvinin qurbanı oldu.

0
0