“Xəzər-Lənkəran” Afrika komandası ilə oynamaq istəyir
28.12.2009 - 17:03
“Xəzər-Lənkəran” klubu Afrika ölkələrindən birinin çempionu ilə görüşə bilər. Bu haqda apasport.az saytına məlumat verən komandanın baş məşqçisi Ağasəlim Mircavadov Türkiyədə ilk yoxlama oyununu “qara qitə” təmsilçisinə qarşı keçirmək təklifini aldıqlarını bildirib. Lənkəranlılar yanvarın 20-də Antalyada yoxlama oyunu üçün sınaqçı-rəqib axtarırlar.
“Həmin gün Afrika ölkələrindən biri çempionu ilə oynamaq variantı var. Komandanın adını yeni ilin ilk günlərinədək mənə deyəcəklər. Afrikalılarla görüş baş tutmasa, daha bir Rusiya klubu ilə yoxlama oyunu keçirəcəyik. Yanvarın 23-də Moskva “Spartak”ı, 27-də isə “Saturn”la görüşməliyik. Əgər onlar sonradan fikirlərindən daşınmasalar” – deyə Mircavadov vurğulayıb.
Onun sözlərinə görə, bu işdə “Xəzər-Lənkəran”lılara tanınmış rusiyalı menecer Vyaçeslav Protsenko yardımçı olur: “Təşkilati işlərlə məşğul olan FİFA agenti Protsenko bizimlə əməkdaşlıq edir. O, müxtəlif beynəlxalq turnirləri təşkil edir ki, orada “Real”, “Milan” kimi klublar oynayır. Ümumiyyətlə, Protsenkoda həmişə güclü rəqiblər olurlar. “Spartak”, “Lokomotiv”, “Saturn”, MOİK, yəni Moskva klublarının əksəriyyəti onunla işləyirlər. Protsenko ilə yaxşı əlaqələrim var. “Spartak”la oynamağı istədim, o da bunu həll etdi. Afrika çempionu ilə yoxlama oyunu keçirməyi da Protsenko təşkil edir”.

0
0