Uzaq sahillərdə
28.12.2009 - 17:34
“Qarabağ” klubu hazırlığını yanvarın 6-da bərpa edəcək. Apasport.az saytının klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 24-də “Bakı” ilə ev oyununda (0:0) sonra istirahətə buraxılan ağdamlılar ilkin hazırlıq mərhələsini Bakıda keçirəcək.
Yanvarın 11-də Türkiyəyə yollanacaq “Qarabağ” həmişə olduğu kimi, Antalyada təlim-məşq toplanışı keçəcək. Ölkə kubokunun son qalibi Aralıq dənizin sahilində, beş ulduzlu “İC Santai” otelində iki həftə qalmağı planlaşdırır. Unibank Premyer Liqasında qış fasiləsi bitən həftə vətənə dönəcək komanda “Neftçi” ilə derbi oyuna hazırlaşacaq. Həmin prinsipial görüş fevralın 3-də Bakıda olacaq.
Qeyd edək ki, “Qarabağ” Türkiyədə ən azı 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyinə Antalyada aydınlıq gələcək.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0