Premyer Liqamızın “10”ları
29.12.2009 - 00:01
Premyer Liqamızın “10”ları
XVIII Unibank Premyer Liqasının ən gənc oyunçularının siyahısı məlum olub. Apasport.az saytının hesablamalarına görə, Azərbaycan çempionatının ilk 17 turunda meydana çıxmaq şansı qazanan 10 ən gənc futbolçu müəyyənləşib.

Mövsüm ərzində hələ 17 yaşı tamam olmamış cəmi 2 nəfər Premyer Liqada iştirak edə bilib. Onların – 1993-cü il təvəllüdlülərin hər ikisi son turda şans qazanıb. Hələ ötən mövsümün son turunda meydana çıxmaqla ən gənc ölkə çempionu olan Rəhman Hacıyev və debütant Hacı Əhmədov “Qarabağ”la görüşdə meydana çıxıblar. Daha gənc Əhmədov mövsümün rekordçusu olub. Dekabrın 24-də baş tutan qarşılaşmada o 16 yaş 31 günlük idi.

10 ən gənc sırasında ilk iki yeri “Bakı”nın istedadları tutsa da, “Karvan” bu cədvəldə daha çox – 3 nəfərlə təmsil olunub. Ağdamın “Qarabağ” klubunda da iki istedad üzə çıxıb.

10 vunderkind arasında yeganə legioner də “Karvan”ın rusiyalı qapıçısı İvan Vasilyevdir. O həm də ən çox şans qazanan istedaddır və siyahıdakı yeganə əlcək sahibidir. Onunla yanaşı, “Karvan”ın digər yeniyetmə oyunçusu Orxan Həsənov da keçirilən oyunların yarıdan çoxunda iştirak edib ki, digərləri üçün bu arzu olaraq qalıb. Amma bu iki oyunçu 1991-ci il təvəllüdlüdür. Bu gənclərin siyahısında yalnız 1 qapıçı olsa da, digər 9 futbolçu cəmi 1 qola imza atıb. Bunu da “Neftçi” ilə dekabrın 5-də baş tutan qalmaqallı matçda Cavid Tağıyev bacarıb. Milli Mətbuat günündə anadan olan futbolçu 17 yaş 136 günlüyündə qol sevinci yaşamışdı.


N

futbolçu

Doğum tarixi

klubu

amplua

oyun

1

Hacı Əhmədov

23.11.1993

"Bakı"

müdafiəçi

1

2

Rəhman Hacıyev

25.07.1993

"Bakı"

müdafiəçi

1

3

Qara Qarayev

12.10.1992

"Qarabağ"

müdafiəçi

1

4

Həsən Allahyarov

14.09.1992

"Muğan"

hücumçu

1

5

Ramin Məmmədov

13.08.1992

"Karvan"

hücumçu

4

6

Cavid Tağıyev

22.07.1992

"Turan"

hücumçu

1 (1)

7

Araz Abdullayev

18.04.1992

"Neftçi"

yarımmüdafiəçi

2

8

Tural Isgəndərov

09.02.1992

"Qarabağ"

hücumçu

4

9

Orxan Həsənov

18.12.1991

"Karvan"

yarımmüdafiəçi

10

10

İvan Vasilyev

31.01.1991

"Karvan"

qapıçı

11(-15)