Demyanenko: Hələlik Azərbaycana qayıtmaq fikrim yoxdur
29.12.2009 - 00:05
“Hələlik Azərbaycana qayıtmaq fikrim yoxdur”. Lent.az-ın məlumatına görə, bu sözləri “turnir.com.ua”ya açıqlamasında “Neftçi” futbol komandasının sabiq baş məşqçisi Anatoli Demyanenko deyib.
Demyanenkonun fikrincə, ölkəmizdə işləməyin özünəməxsus xüsusiyyətləri var: “Orada yerli məşqçilərə işləmək üçün komfort şərait yaradılır. Qalanlara isə çətindir”.
Bununla belə, 50 yaşlı mütəxəssis bildirib ki, Azərbaycandan yaxşı təklif alsa və həmin komandanın qarşısına Avropa kuboklarında uğurlu çıxış vəzifəsi qoyulsa, ölkəmizə qayıdışı mümkündür. Ukraynalı məşqçi yerli “Obolon” komandasına baş məşqçi təyin olunduğu haqda xəbərləri də təkzib edib.
Qeyd edək ki, Anatoli Demyanenko 2008-ci ilin yanvarın 7-dən avqustun 24-dək “Neftçi”nin baş məşqçisi olub.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0