Vadim Borets: Heç bir komandadan çəkinmirik!
29.12.2009 - 00:09
“Moskvaya kuboku qazanmaq məqsədi ilə yollanırıq. Heç bir komandadan çəkinmirik. Turnirdə ən çox oyun keçirən futbolçulardan biri kimi deyə bilərəm ki çempion olmaq üçün şanslarımız yüksəkdir”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı” klubunun futbolçusu Vadim Borets deyib.
Yanvarda Moskvada startı veriləcək ənənəvi “Birlik Kuboku” turniri barədə klubun saytına açıqlama verən moldovalı futbolçunun sözlərinə görə, üçüncü dəfə yarışın qalibi olmaq istəyir: “Mən bu turnirdə 16 yaşımda “Zimbru”nun heyətində debüt etmişəm. İki dəfə fəxri kuboku başım üzərində qaldırmışam. İlk dəfə “Şerif”, ikinci dəfə isə ”Neftçi” ilə qalib olmuşam. Üçüncü dəfə “Bakı” ilə uğur qazanıb rekorda imza atmaq arzusundayam”.
Borets bu turnirdə 1994-cü ildən etibarən müxtəlif komandaların heyətində 38 oyun keçirib. Bu nəticə ilə o, artıq karyeralarını başa vurmuş Mixayıl Zimlinski (46 oyun) və Oleq Bloqonadejdnidən (40) sonra üçüncü ən çox oyun keçirən futbolçudur.

0
0