Bülənt Korkmaz yenidən “Qalatasaray”da
29.12.2009 - 10:19
Bülənt Korkmaz yenidən “Qalatasaray”da
Türkiyənin “Qalatasaray” klubunun son 10 il üçün rəmzi yığması tərtib olunub. Apasport.az saytının məlumatına görə, “Bakı”nın baş məşqçisi Bülənt Korkmaz da “Cim Bom”un “11-liy”ində yer alıb.

Siyahını “Qalatasaray” TV və klubun jurnalının tanınmış əməkdaşlarından olan Ataxan Altınordu tərtib edib. Rəmzi yığmaya mərkəz müdafiəçisi kimi düşən Korkmaz 2000-ci ildə UEFA kubokunu qazanmış “11-lik”dəki 6 nümayəndəsindən biridir. Qapı və müdafiəni həmin “qızıl” heyət oyunçularına həvalə edən mütəxəssis orta sahədə rumıniyalı Georgi Hacının ən yaxşı olduğunu düşünür. İndiki heyətdən Arda Turan, Kadir Keyta, Harri Kyuelli də rəmzi komandaya daxil edən həmkarımız “Qalatasaray”dan qalmaqalla ayrılan fransız Frank Riberi ilə Mario Jardelin də adlarını siyahıya salıb. Maraqlıdır ki, Jardel və “Kral” ləqəbli Hakan Şükür arasında seçim zamanı üstünlük birincinə verilib.

“Qalatasaray”ın son 10 il üçün rəmzi yığması

Qapıçı: Taffarel
Mərkəz müdafiəçiləri: Bülənt Korkmaz və Georgi Popesku
Sol cinah müdafiəçisi: Ergün Pəmbə
Sağ cinah müdafiəçisi: Kapone
Mərkəz yarımmüdafiəçiləri: Arda Turan, Georgi Hacı
Sol cinah yarımmüdafiəçisi: Frank Riberi
Sağ cinah yarımmüdafiəçisi: Kadir Keyta
Hücuma meylli yarımmüdafiəçi: Harri Kyuell
Mərkəz hücumçusu: Mario Jardel