“Tvente” klubuna transfer məbləğimi cəmi iki nəfər bilir”
29.12.2009 - 13:01
“Ağdamın “Qarabağ” klubundan “Tvente”yə transferimin qiyməti 500 min avro deyil. Həmin məbləğ heç vaxt açıqlanmayacaq. Transfer məbləğini yalnız iki nəfər – mən və atam bilirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov deyib.
20 yaşlı hücumçu Hollandiya təmsilçisinə keçidi ilə bağlı fikirlərini açıqlayıb: “Gələn ilin əvvəlində “Tvente” ilə müqavilə bağlayacağam. Yanvarın 5-də ora getmək fikrindəyəm. Hələ komandada nə vaxt məşqlərə başlayacağımı bilmirəm. Amma həmin günü səbirsizliklə gözləyirəm. Mən həmişə Avropada oynamağı arzulamışam. Bu mənim məqsədim olub”.
Qeyd edək ki, karyerasını Rusiyanın MOİK-ində başlayan Vaqif son 3 ildə “Qarabağ” klubunda çıxış edib.
Mənbə: extratime.az

0
0