Rəşad “Kocaelispor” klubunda oynaya bilər
29.12.2009 - 13:38
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi
- Türk mətbuatında yenidən “Kocaelispor”a qayıtmaq variantınız gündəmə gəlib. İzmit təmsilçisinin yeni prezidenti Muammer Çelik bunu gerçəkləşdirməkdə israrlıdır. Hətta deyilənə görə, bu günlərdə İzmitə yollanacaqsınız...
- İlqar Qurbanovun dəvəti ilə bu gün İstanbula gedirəm. Bildiyiniz kimi, İlqar orada yaşayır. Təklif etdi ki, 2-3 gün istirahət edək. Bunu böyük məmnuniyyətlə qəbul etdim və bir neçə gün İlqarın qonağı olacağam. Çelikə gəlincə, bir həftə öncə mənə zəng vurmuş. Onu klub prezidenti seçilməyi münasibəti ilə təbrik etdim, uğurlar arzuladım. Mənə dedi ki, güclü heyət qururuq və Superliqaya qayıtmaq üçün pley-offa düşmək şansımızı yoxlayacağıq. Düzdür, arada 17 xallıq fərq var. Çelikin sözlərinə görə, buna nail olmasaq, gələn yay çempionluğa oynayan komanda quracağıq. Bildiyiniz kimi, “Kocaelispor”dan alacağım var. Çelikə dedim ki, İstanbulda olacağam, istəsəniz, orada görüşərik. Özümə də maraqlıdır ki, borcun axırı necə olacaq. Çünki komandanın bütün futbolçuları Türkiyə Futbol Federasiyasına şikayət etsə də, mən bunu etməmişdim. Şikayət edən futbolçular yavaş-yavaş pullarını alırlar. Borcun necə olacağını bilmək istəyirəm və bununla bağlı söhbətimiz olacaq. Komandanın kapitanı Sərdar Topraqtəpə dostumdur. Orada olan başqa dostlarımla da görüşəcəyəm. Ancaq keçid haqda söhbət yoxdur.
- “Kocaelispor”un sizə borcu konkret nə qədərdir?
- 100 min dollar.
- Həmin vaxt borcun üstündən birdəfəlik xətt çəkmişdiniz? Həmin məbləğin veriləcəyinə ümidiniz qalmamışdı?
- Açığı, borc məsələsinin üstünə düşməmişdim. Ancaq baxıram ki, hamı alır. Şikayət etsəm, mən də alacaqdım. Amma bunu etmək istəmədim. Çünki rəğbətim olduğu, yaxşı günlərimi keçirdiyim klub haqda şikayət etmək düzgün çıxmazdı. İndi elə oldu ki, yeni prezident seçildi və bu haqda danışacağam. Ola bilsin ki, “Kocaelispor”a qayıtmağım yaya qalsın. Həmin vaxt arada razılıq olsa, gedərəm. Ancaq borc həll olunmamış getməyəcəyəm. İlk növbədə bu problemin həll olunmasını istəyirəm.
- Borcun həll ediləcəyini klubun yeni prezidenti gündəmə gətirib?
- Deyiblər ki, Rəşad gəlsə, borcu da həll olunacaq. Həm də Çeliklə əvvəldən tanışlığımız vardı. Dedi ki, gəl söhbətləşək. Cavab verdim ki, problem yoxdur, onsuz da İstanbulda olacağam, görüşərik.
- Səhv etmiriksə, Muammer Çelik əvvəllər də “Kocaelispor”un rəhbərliyində təmsil olunub...
- Doğrudur. “Kocaelispor” Superliqaya çıxanda Muammer də komandada idi. O, həmin vaxt rəhbər postda yer alsa da, sonradan istefa verdi. Bunun səbəbini dəqiq bilmirəm.
- İndiyədək Türkiyəyə iki dəfə getsəniz də, uzun müddətli olmadı. Yenidən qardaş ölkədə oynamaq ürəyinizdən keçirmi?
- Türkiyə Superliqasında oynamaq ürəyimcə olsa, hazırda heç bir təklif yoxdur. Bir-iki komanda var ki, gedə bilərəm. Ancaq mən Superliqanın ortabab komandalarına getmək istəyirəm. Yayda real olsa, böyük məmnuniyyətlə çıxış edərəm.
- “Kocaelispor”da baş məşqçiniz olan Erhan Altın “Dənizlispor”a keçən zaman sizi yenidən sərəncamında görmək istəyirdi. Ancaq sonradan məsələ bağlandı...
- Altın həqiqətən də məni istəyirdi, menecer vasitəsilə danışıqlarımız olmuşdu. Bilirsiniz, Türkiyədə sistem tam fərqlidir. Ola bilər ki, sən çox yaxşı oynasan. Amma komandanın öz menecerləri var, baş məşqçilərin də öz futbolçuları. Yəni, komandaya səni yox, onları gətirirlər. Özünüz də fikirləşin ki, bunlar nə ilə əlaqəlidir. “Kocaelispor” yüksək liqada çıxış etsə, çempionluğa oynasaydı, məni saxlayacaqdılar. Amma görürsən ki, komanda Superliqada qalmaq üçün oynayır, ancaq səni heyətində görmək istəmirlər. Çünki menecerlər öz futbolçu və legionerlərini gətirirlər. Bir də görürsən ki, komandanın legioner limiti dolsa da, əcnəbi hücumçu axtarırlar. Belə söz-söhbətlər çoxdur və orada qalmamağım yaxşı-pis oynamamağımla bağlı deyil. Həmin sistemə görə bu il Türkiyədə qala bilmədim. Yoxsa orada məni çox istəyirdilər. Hətta elə məşqçi var idi ki, məni israrla istəyirdi. Ancaq menecer dedi ki, yox, biz onun yerinə başqa futbolçu gətiririk.
- “Kocaelispor” hansısa futbolçumuzun transferi ilə bağlı sizdən məsləhət alıbmı?
- Açığı, məndən belə bir fikir soruşmayıblar. Keçən mövsüm Superliqada oynadığımız zaman bir-iki futbolçumuzla maraqlanmışdılar. İndi konkret bir şey yoxdur. Superliqaya çıxdıqları zaman bir-iki futbolçunu təklif edəcəyik.
- Konkret kimləri?
- Ad çəkmək istəmirəm. Ancaq bunlar bu gün uğurla çıxış edən gənc futbolçularımız olacaq.
- Yeni ili Türkiyədə qeyd edəcəksiniz?
- Dediyim kimi, İlqarın yanına gedirəm. Baxım görüm də, maraqlı olsa, bəlkə 3-4 gün də qalıb, istirahət etdim. 10 gün tətilim var. Özünüz də bilirsiniz ki, ağır il keçirdim. Daim təlim-məşq toplanışları, oyunlar, sonda da zədələr ucbatından çox əziyyət çəkdim. İstəyirəm ki, komandamın qarşıdakı təlim-məşq toplanışı öncəsi başım bir az sakitləşsin. Yəni, Türkiyəyə getməyim Yeni ili orada keçirməyimlə bağlı deyil. Tam istirahət etmək istəyirəm ki, bu da heç cür alınmır.
- Qarşıdan gələn 2010-cu ildən nə gözləyirsiniz?
- Allahın köməyi ilə yaxşı olar.
- Vaqif Cavadovun Hollandiyanın “Tvente” klubuna keçidi sizin üçün gözlənilməz olmadı ki?
- Yox. Hamı gözləyirdi ki, Vaqif hansısa xarici kluba transfer olunacaq. Söhbət Türkiyə, Rusiya klublarından gedirdi. Ancaq yaxşı oldu ki, Vaqif “Tvente”yə keçdi. Çünki onun oyunu Hollandiya çempionatına uyğundur. Fikrimcə, Cavadov Türkiyə, Rusiya çempionlarında bir az əziyyət çəkərdi. Amma ona Hollandiyada, üstəlik “Tvente” kimi klubda özünü göstərmək daha rahat olacaq. Bu, şəxsi fikrimdir və Vaqifə uğurlar arzulayıram.
- Nəzərə alaq ki, Vaqif Hollandiya çempionatının hazırkı liderinə gedir. Belə komandada möhkəmlənmək heç də asan olmayacaq...
- Vaqifin üstün cəhəti gənc olmasıdır. Bu dəqiqə bütün menecerlərin, seleksiyaçıların gözü Vaqifdə olacaq. Yəni, bu transferdən sonra Azərbaycana göz qoyaq, yoxsa yox. Cavadova baxacaqlar, götür-qoy edəcəklər. İnanıram ki, perspektivli futbolçumuz olan Vaqif orada möhkəmlənəcək. Onda bu bacarıq var.

0
0