Unibank Premyer Liqasının əvəzolunmazları
30.12.2009 - 00:00
Unibank Premyer Liqasının əvəzolunmazları
Unibank Premyer Liqasının əvəzolunmaz futbolçularının adları məlum olub. Apasport.az saytının hesablamalarına görə, XVIII Azərbaycan çempionatında çıxış edən oyunçulardan yalnız 5-i arxada qalan 17 tur ərzində əvəzolunmaz olub.

Premyer Liqanın ilk hissəsində 1530 dəqiqə meydanda mübarizə aparan futbolçulardan ikisi qapıçıdır. Bunlar “Xəzər-Lənkəran”la “Muğan”ın qapıçıları Kamran Ağayevlə Edis Kurtanoviçdir. Kamranla yanaşı, Azərbaycan milli komandasının daha bir üzvü – Vladimir Levin də əvəzolunmaz simalardandır. O “İnter”in bütün çempionat oyunlarında 90 dəqiqə meydanda olub.

Çempionat ərzində 1530 dəqiqə oynayan digər iki oyunçu da legionerdir. “Turan”ın müdafiəçisi Muammer Erdoğdu və “Simurq”un dayaq yarımmüdafiəçisi Ruslan Qunçak bütün görüşlərdə əvəzolunmadan meydanda olub.