Bakıda oynamış futbolçu ölümdən döndü
29.12.2009 - 22:11
Bakıda oynamış futbolçu ölümdən döndü
Moskva MOİK-nin və Rusiya yığmasının futbolçusu Alan Dzaqoyev avtomobil qəzasına uğrayıb. Apasport.az saytının məlumatına görə, hadisə Vladiqafqazda baş verib.

Bu haqda danışan Alanın atası bildirib ki, futbolçunun idarə etdiyi maşın “Opel” markalı avtomobillə toqquşub. Belə ki, “Opel”in sürücüsü onu keçmək istəyən maşına heç bir xəbərdarlıq etmədən qəflətən istiqaməti dəyişmək qərarına gəlib. Bu zaman toqquşmadan qurtulmaq mümkün olmayıb.

“Şükür Allaha, Alan yaşaşır” - deyə futbolçunun atası vurğulayıb.

Yeri gəlmişkən, bu, son bir həftədə sayca 3-cü tanınmış oyunçunun qəzaya düşməsi faktıdır. Dzaqoyevdən öncə, “Real”ın fransalı hücumçusu Kərim Benzema və Argentinanın “River Pleyt” klubunun futbolçusu Dieqo Buonanotte də eyni aqibətlə üzləşib.

Xatırladaq ki, Alan bu ilin oktyabrında Bakıda olub. O, Rusiya yığmasının heyətində dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində milli komandamıza qarşı forma geyinib (1:1).