“Bakı”nın ikinci transferi hollandiyalı oldu
29.12.2009 - 23:05
“MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” uğrunda yarışa hazırlaşan “Bakı” heyətinə daha bir futbolçunu qatıb. Apasport.az saytının məlumatına görə, paytaxt klubunun rəhbərliyi Hollandiyanın “Den Boş” klubunun futbolçusu Adnan Bərəkətlə anlaşıb.
27 yaşlı yarımmüdafiəçi ilə 2 il yarımlıq müqavilə bağlanılıb. Əslən türk olan Adnan Hollandiya vətəndaşıdır. O, “Den Boş”da kapitanı sarğısını daşıyırdı. Bu kluba gələnə qədər Bərəkət Hollandiyanın digər komandalarında - NAK “Breda”, “Kambur”, və “Eyndhoven”də forma geyinib. Adnan ötən mövsüm “Den Boş”un heyətində 36 oyuna 13 qol vurub.
Qeyd edək ki, bu, “Bakı”nın qış transfer mövsümündə ikinci transferidir. Ötən həftə “zolaqlılar” “Beşiktaş”ın sabiq oyunçusu Kürşat Duymuşla münasibətləri rəsmiləşdirib.

0
0