Ramin Musayev: ...Bizim də səhvlərimiz oldu - MÜSAHİBƏ
29.12.2009 - 23:38
PFL-in prezidenti Ramin Musayevin bu qurumun rəsmi saytına müsahibəsi
- Dünən hakimlərlə görüşmüsünüz. Görüşdə nə haqqında danışdınız?
- Unibank Premyer Liqasında 17 tur geridə qalıb. Təsnifat mərhələsinin son 5 oyununda bizi daha ağır, daha gərgin oyunlar gözləyir. Arxada qalan 17 tur ərzində bizim də, onların da səhvləri olub. Bəzi hakimlərə öz iradımı bildirmişəm. Bir sıra hallarda klub rəhbərlərindən hakimliklə bağlı şikayətlər daxil olub, həmin epizodları araşdırmışıq. Əgər hakimlərin həqiqətən də səhvləri olubsa, özlərinə deyilib. Yox, haqlı olublarsa, onların xəbərləri olmadan klublara mövqeyimizi bildirmişik. Hazırda Premyer Liqada fasilə yaranıb. Yanvarın 14-dək hakimlər istirahət edəcəklər. Bundan sonra isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına yollanacaqlar. Rövnəq Abdullayevin AFFA-nın prezidenti seçilməsindən sonra hər il iki dəfə hakimlərimiz təlim-məşq toplanışına göndərilir. Onların öz səviyyələrini artırmaları üçün yüksək şərait yaradılıb.
- Hakimlərin təlim-məşq toplanışında iştirak edəcəksinizmi?
- Antalyada hakimlər üçün təşkil olunacaq toplanışda iştirak etmək fikrim var. Bir sıra klublarımız da hazırlığını məhz Türkiyədə keçdiyindən, bu dövr ərzində fürsətdən istifadə edib onlarla da görüşəcəyəm. Yaranmış imkandan istifadə edib, hakimlərimizi klublara göndərəcəyik ki, onlar FİFA və UEFA-nın yeni qaydalarını komandalara çatdırsınlar. Gələcəkdə bunun komandaların işinə çox kömək edəcəyinə inanıram.
- Unibank Premyer Liqasının bu mövsüm səviyyəsi sizi qane edirmi?
- Səviyyə məni qane etdi. Fikrimcə artıq irəliləyiş hiss olunur. İnkişaf olmasaydı, Vaqif Cavadov Hollandiya klubuna transfer olunmazdı. Digər futbolçularımızla Türkiyə, Rusiya, Ukrayna klubları maraqlanmazdı. Daha bir uğur kimi Premyer Liqanın Avropada ötən mövsümlə müqayisədə 4 pillə irəliləyərək, 38-ci sırada qərarlaşmasını göstərə bilərəm.
- Çatışmayan cəhətlər hansılardır? Nə kimi dəyişikliklərin olmasını istəyərdiniz?
- Oyundan sonra və oyun zamanı futbolçuların bir-birinə göstərdiyi münasibətə də toxunmaq istərdim. Bəzi hallarda futbolçular “Fair play” - ədalətli oyun prinsiplərini pozurlar. Bu qaydaları pozanlara qarşı daha ağır cəzaların tətbiq olunmasının tərəfdarıyam. Çalışmaq lazımdır ki, komandalar arasında mübarizə meydanda olsun.
- PFL tərəfindən texniki baxımdan nə kimi yeniliklər gözləmək olar?
- Bildiyiniz kimi, Unibank Premyer Liqasının və Azərbaycan kubokunun hər bir oyunu PFL-in operatorları tərəfindən də çəkilir. Artıq onların sayını artırıb, 10 nəfərə çatdırmışıq. Növbəti ildən etibarən biz daha qabaqcıl texnologiyalardan istifadə etmək imkanı verən yeni kameralardan yararlanacağıq. Bu sistemlərin vasitəsi ilə mübahisəli epizodları araşdırmaq daha da asanlaşacaq. Buna qədər biz hər oyuna 2 operator göndərirdik. Lakin qarşıdakı oyunlara 3, elə oyunlar da olacaq ki, 4 operator göndərəcəyik. Burada əsas məqsəd mümkün hakim səhvlərinin qarşısını almaq və eyni zamanda onların düzgünlüyü sübut etməkdir.
Klub rəhbərləri sağ olsunlar, dünyanı bürüyən maliyyə böhranına baxmayaraq, Azərbaycan futboluna külli miqdarda vəsait ayırırlar. Biz əlimizdən gələni etməliyik ki, bu insanlar futboldan soyumasınlar. Bu cür yeni texnologiyaları tətbiq etməklə çalışmalıyıq ki, haqsız yerə bizdə səhv axtarmasınlar, öz oyunçularında və məşqçilərində axtarsınlar.
- Əcnəbi hakimlərin Azərbaycan çempionatının oyunlarına dəvət olunmasına münasibətiniz necədir?
- Mən Azərbaycan futboluna əcnəbi hakimlərin dəvət olunması ideyasının əleyhinəyəm. Çünki, gənc və yetərincə istedadlı hakimlərimiz var. Onların bəziləri FİFA, digərləri isə milli dərəcəli hakimlərdir. Biz onların gücünə inanırıq.
- Hakimlər Komitəsi hakimlərin qiymətlərinin açıqlanmaması barədə qərar qəbul etdi. Bu məsələ ilə bağlı fikrinizi bildirərdiniz.
- Dünyanın bir çox ölkəsində hakim qiymətlərinin açıqlanması praktikasından istifadə olunmur. Biz də çalışmalıyıq ki, xarici ölkələrdəki müsbət təcrübələrdən istifadə edək. Məncə, bu, hakimlərimizə daha çox müsbət yöndə təsir edəcək.
- Mətbuatda ilk “altılığ”ın artıq müəyyən olunması haqqında söz-söhbətlər gəzməkdədir.
- Bu gülməlidir. Mənim şəxsi fikrimə görə, qış fasiləsindən sonra Unibank Premyer Liqasında 4 komanda arasında ilk “altılıq” uğrunda qızğın mübarizə gedəcək. Zənnimcə, "Qəbələ" klubu göstərdiyi oyunla və qarşıdakı 5 oyuna əsasən, ilk “altılığa” düşəcək. Ramiz Məmmədovun yaratdığı çox gözəl kollektivə görə təbrik edirəm. Komandada gözəl ab-hava hökm sürür. Qışda heyətlərini 2-3 futbolçu ilə gücləndirsələr, daha yaxşı çıxış edə bilərlər.
- Son zamanlar bəzi mətbuat orqanlarında I divizion komandalarından heç birinin Unibank Premyer Liqasına qatılmayacağı barədə şayiələr gəzir.
- Bu kimi fikirlər yalandır. Guya, I divizionda çıxış edən klubların Premyer Liqada iştirak etmək imkanları yoxdur. AFFA rəhbərliyi tərəfindən I Divizionun qalibinə 100 min, ikinci yerin sahibinə isə 70 min manat mükafat ayrılıb. Hazırda I divizionda 5 komanda arasında Premyer Liqaya çıxmaq uğrunda gərgin mübarizə gedir. Bu mübarizənin də nəticəsini gələn il görəcəyik. Pul mükafatı da onlar üçün əlavə stimuldur. Fürsətdən istifadə edib bütün idmançıları və idmansevərləri, xüsusən də, futbolsevərləri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm.

0
0