“Bakı” Türkiyənin I Liqa klubu ilə qarşılaşacaq
30.12.2009 - 09:39
Unibank Premyer Liqasının 2009/10 mövsümünün ikinci yarısı və Rusiyada keçiriləcək “Birlik kuboku”na hazırlıq məqsədilə Türkiyədə hazırlıq keçəcək “Bakı” klubunun yoldaşlıq matçlarındakı daha bir rəqibinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, Bülənt Korkmaz yetirmələrini “Karşıyaka” ilə matçda sınayacaq.
Side şəhərində keçiriləcək bu qarşılaşma gələn il yanvarın 9-da baş tutacaq. Türkiyə çempionatının aşağı dəstəsində - I Liqasında oynayan “Karşıyaka” birinci dövrədən sonra 6-cı pillədə qərarlaşıb. 17 oyundan 29 xal toplayan komanda liderdən 8 xal geri qalır.
Qeyd edək ki, “Bakı” Türkiyədəki hazırlıq prosesi çərçivəsində Rusiyanın “Terek” klubu ilə də görüşəcək.

0
0