Berti Foqtsu ən çox maraqlandıran nədir?
30.12.2009 - 10:01
Berti Foqtsu ən çox maraqlandıran nədir?
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsu ən çox maraqlandıran məsələ məlum olub. Apasport.az saytının məlumatına görə, bu gün 63 yaşını qeyd edən almaniyalı çalışdırıcı onu qayğılandıran məqama toxunub. Belə ki, Almaniyanın məşhur “Bild” nəşrinə müsahibə verən mütəxəssis uzun illər formasını geydiyi Mönhenqladbax “Borussiya”sına bağlılığının əbədi olduğunu açıqlayıb.

“Harada olmağımdan asılı olmayaraq, həmişə məni bir sual maraqlandırıb: görəsən “Borussiya” necə oynadı?” - deyə məşqçi vurğulayıb.

Qeyd edək ki, karyerası boyu yalnız Mönhenqladbax təmsilçisində forma geyinmiş Foqts bu klubda 419 oyun keçirib.