30 azərbaycanlı futbolçu “Duysburq”da!
30.12.2009 - 10:35
AFFA ölkədə uşaq futbolunun inkişafı üçün növbəti layihəni gerçəkləşdirmək üzrədir. Apasport.az saytının məlumatına görə, azərbaycanlı yeniyetmə futbolçuları müxtəlif xarici klubların düşərgəsinə yollayan assosiasiya indi daha geniş layihəni həyata keçirəcək.
Belə ki, 30 istedadlı yeniyetmə Almaniyanın “Duysburq” klubunun akademiyasında təhsil almağa yaxındır. Bu layihənin artıq reallaşmağa çox yaxın olduğunu vətənində olan Azərbaycan milli komandasının alman baş məşqçisi Berti Foqts açıqlayıb. 63 yaşlı mütəxəssis bu uşaqların ikinci Bundesliqa təmsilçisindən olan həmyaşıdları ilə birgə yetişməsinin perspektiv vəd etdiyini düşünür.
Qeyd edək ki, indiyədək AFFA-nın layihələri çərçivəsində azərbaycanlı gənc və yeniyetmə futbolçular Almaniyanın “Bavariya”, “Hannover”, “Hoffenhaym”, Türkiyənin “Fənərbaxça” klublarında hazırlıq keçiblər.

0
0