Maraqlıdır, pələng ilində hansı klubun “pələng”ləri sevinəcək. İlk yarıdakı “30-luğ”a nəzər salsaq görərik ki, “zolaqlılar”ın bölgüsü zamanı yalnız bir kluba “Neftçi”yə “pələng” çatmayıb. Bu səbəbdən bakılılar təcili “pələng” ovuna çıxa bilər. Digər klublara gəlincə, “Qəbələ” digərlərini üstələyə bilib. Ramiz Məmmədov sərəncamında beş “pələng” saxlayıb. “Xəzər-Lənkəran”, “İnter” və “Muğan” daha bir “zolaqlı” almalıdır ki, qəbələlilərə çatsın. “Simurq”, “Olimpik-Şüvəlan”la “Standard”ın qış fasiləsinə qədər isə 3 “pələng”i var idi. Digər 4 klub – “Bakı”, “Qarabağ”, “Turan” və “Karvan” Pələng ili ərəfəsində mübarizəni bir “pələng”lə aparmışdı.
Qeyd edək ki, bu 30 futbolçudan 7-si iştirak ərizəsində olsa da çempionatın ilk 17 turunda meydana çıxmayıb.
futbolçu | klubu | təvəllüdü | ampluası | vətəndaşlığı |
Amiran Muciri | "Bakı" | 20.02.1974 | yarımmüdafiəçi | Gürcüstan |
Pavel Xarçik | "Karvan" | 05.04.1974 | qapıçı | Türkmənistan |
Dmitri Kramarenko | "Xəzər-Lənkəran" | 12.09.1974 | qapıçı | Azərbaycan |
Fərid Quliyev | "Standard" | 06.01.1986 | hücumçu | Azərbaycan |
Ruhid Yusubov | "İnter" | 06.01.1986 | yarımmüdafiəçi | Azərbaycan |
Ivan Pexa | "Xəzər-Lənkəran" | 23.01.1986 | müdafiəçi | Slovakiya |
Rasim Ramaldanov | "Simurq" | 24.01.1986 | müdafiəçi | Azərbaycan |
Elçin Xəlilov | "Muğan" | 31.01.1986 | yarımmüdafiəçi | Azərbaycanlı |
Eldin Adiloviç | "Muğan" | 08.02.1986 | hücumçu | Bosniyalı |
Kamran Ağayev | "Xəzər-Lənkəran" | 09.02.1986 | qapıçı | Azərbaycan |
Elnur Abdullayev | "Muğan" | 16.02.1986 | yarımmüdafiəçi | Azərbaycanlı |
Rövşən Əmiraslanov | "İnter" | 18.03.1986 | yarımmüdafiəçi | Azərbaycan |
Rəşad Kərimov | "Xəzər-Lənkəran" | 02.04.1986 | yarımmüdafiəçi | Azərbaycan |
Tofiq Mikayılov | "İnter" | 11.04.1986 | yarımmüdafiəçi | Azərbaycan |
İlqar Qurbanov | "Olimpik-Şüvəlan" | 26.04.1986 | Yarımmüdafiəçi | Azərbaycan |
Milan Marinkoviç | "Qəbələ" | 23.05.1986 | müdafiəçi | Serbiya |
Vüsal Qarayev | "Simurq" | 08.07.1986 | yarımmüdafiəçi | Azərbaycan |
Xəyal Qarayev | "Turan" | 08.07.1986 | yarımmüdafiəçi | Azərbaycan |
Ravi Rəhmanov | "Muğan" | 22.07.1986 | yarımmüdafiəçi | Azərbaycanlı |
Asif Məmmədov | "İnter" | 05.08.1986 | yarımmüdafiəçi | Azərbaycan |
Vasif Əliyev | "Standard" | 06.08.1986 | yarımmüdafiəçi | Azərbaycan |
Namiq Yusifov | "Qarabağ" | 14.08.1986 | yarımmüdafiəçi | Azərbaycan |
Lyubo Baranin | "Qəbələ" | 25.08.1986 | müdafiəçi | Serbiya |
Samir Zərgərov | "Standard" | 29.08.1986 | yarımmüdafiəçi | Azərbaycan |
Viktor İbekoyi | "Olimpik-Şüvəlan" | 01.09.1986 | hücumçu | Nigeriya |
Namiq Əliyev | "Qəbələ" | 29.09.1986 | yarımmüdafiəçi | Azərbaycan |
Nəriman Əzimov | "Olimpik-Şüvəlan" | 29.09.1986 | hücumçu | Azərbaycan |
Tural Cəlilov | "Simurq" | 28.11.1986 | yarımmüdafiəçi | Azərbaycan |
Maksim Skoroxodov | "Qəbələ" | 03.12.1986 | yarımmüdafiəçi | Ukrayna |
Rəhman Musayev | "Qəbələ" | 14.12.1986 | hücumçu | Azərbaycan |